TƏHSİL SİSTEMLƏRİNDƏ SÜNİ İNTELLEKTİN TƏTBİQİNİN NƏZƏRİ ƏSASLARI
Keywords:
Süni intellekt, təhsil, fərdiləşdirilmiş öyrənmə, müəllim dəstəyi, inklüzivlik, təhlil, proqramlaşdırmaAbstract
Məqalədə süni intellektin (Sİ) təhsil sistemində tətbiqi və onun tələbələrin öyrənmə nəticələrini yaxşılaşdırmaq, müəllimlərin iş yükünü azaltmaq və təhsil idarəçiliyində məlumat əsaslı qərar qəbuletməni gücləndirməkdə rolu təhlil edilir. Dünyada 2025-ci il məlumatlarına görə, təxminən 86% tələbə və müəllim Sİ alətlərindən müxtəlif formalarda istifadə edir, bunun 54%-i həftəlik olaraq AI alətlərindən gündəlik dərs praktikasında yararlanır. Məqalədə fərdiləşdirilmiş öyrənmə, müəllim dəstəyi və inklüzivlik nəzəri yanaşmaları izah olunur; AI tələbənin güclü və zəif tərəflərini təhlil edərək fərdi öyrənmə planları yaradır, müəllimlərin qərar qəbuletmə prosesini optimallaşdırır və müxtəlif sosial və iqtisadi şəraitdə yaşayan tələbələr üçün bərabər öyrənmə imkanları təmin edir. Ölkələr üzrə nümunələrdə Estoniya, BƏƏ, Səudiyyə Ərəbistanı, Çin və Hindistan kimi dövlətlərdə AI proqramlarının tətbiqi göstərilir ki, bu da həm ibtidai, həm orta, həm də böyük miqyaslı tədris proqramlarını əhatə edir. Məqalədə həmçinin AI tətbiqinin gətirdiyi çətinliklər qeyd olunur: rəqəmsal paritetin olmaması, məlumat təhlükəsizliyi və etik problemlər, eləcə də bəzi hallarda müəllim rolunun yalnız dəstək funksiyası ilə məhdudlaşması. Beləliklə, süni intellekt təhsildə yalnız texnoloji yenilik deyil, həm də fərdiləşdirilmiş öyrənmə, müəllim dəstəyi və inklüzivlik prinsiplərinin reallaşdırılmasını təmin edən çoxşaxəli və strateji bir vasitə kimi ön plana çıxır.
Published
How to Cite
Issue
Section
License

This work is licensed under a Creative Commons Attribution-ShareAlike 4.0 International License.