Fransız və Azərbaycan dillərində frazeoloji birləşmələrin tərcümə üsulları
Keywords:
frazeologiya, frazeoloji birləşmə, tərcümə, fransız dili, Azərbaycan dili, ekvivalentlik, funksional analoqAbstract
Məqalədə fransız və Azərbaycan dillərində frazeoloji birləşmələrin linqvistik xüsusiyyətləri, onların milli-mədəni məzmunu və tərcümə zamanı meydana çıxan əsas problemlər araşdırılmışdır. Frazeoloji vahidlər dilin obrazlılığını, xalqın dünyagörüşünü, tarixi təcrübəsini və mədəni dəyərlərini əks etdirən mühüm dil vasitələridir. Bu səbəbdən onların tərcüməsi yalnız leksik uyğunluğun tapılması ilə məhdudlaşmır, həm də semantik, üslubi və praqmatik xüsusiyyətlərin qorunmasını tələb edir. Məqalədə tam ekvivalent, qismən ekvivalent, funksional analoq, təsviri tərcümə, kalka və transformasiya üsulları elmi baxımdan təhlil edilmiş, fransız və Azərbaycan dillərindən seçilmiş nümunələr əsasında müqayisəli izah verilmişdir. Tədqiqat nəticəsində müəyyən edilmişdir ki, frazeoloji birləşmələrin uğurlu tərcüməsi üçün yalnız dil bilikləri deyil, həm də hər iki xalqın mədəniyyəti, adət-ənənələri və ünsiyyət xüsusiyyətləri haqqında dərin bilik tələb olunur.
Published
How to Cite
Issue
Section
License

This work is licensed under a Creative Commons Attribution-ShareAlike 4.0 International License.