QOŞA MODALLIĞIN KOMPONENTAL TƏHLILI

Authors

  • Nuriyeva Səadət Tapdıq qızı Filologiya Elmləri üzrə Fəlsəfə Doktoru (Orcid id: 0000-0002-8366-8019), Azərbaycan, Bakı, ADU, İngilis dilinin qrammatikası kafedrası

Keywords:

nitq, qoşa modallıq, modal feillər, inversiya, modal sözlər

Abstract

Nitq insanlar arasında ünsiyyət vasitəsidir.  Nitq, eyni zamanda, informasiya və məlumat ötürücü vasitə olduğundan birbaşa fikir mübadiləsinin yaranmasına xidmət edir.  Nitqin məqsədi elə onun bu xüsusiyyətindən, yəni ünsiyyət yaratmasından irəli gəlir. Nitq şifahi və yazılı halda rellaşır. Nitqin əsas səciyyəvi xüsusiyyəti onun gerçəkləşməsi üçün müxtəlif vasitələrdən istifadə edilməsidir. Nitq dil ilə birbaşa əlaqəli olub onun ifadə vaistəsidir və bu səbəbdən dilin bütün səviyyələri əlaqəli şəkildə nitq prosesində (yazılı və şifahi) reallaşır.

Dilin ilkin səviyyəsindən sonuncu səviyyəsinə qədər (fonem, morfem, söz, fraza və ya söz birləşməsi, cümlə, mətn) hamısı nitq vahidləri adlandırıla bilər. Məsələn, qrammatikanın əsas iki bölgüsündən olan sintaksisin əsas vahidləri olan fraza və cümlə nitqin ayrılmaz tərkib hissəsidir. Onlar və eləcə də digər nitq vahidləri olmadan nitq tam şəkildə formalaşa bilməz.  Səlist, bədii və  obrazlı nitq üçün ən əsas amillər predikativlık, modallıq,  inkarlıqdır. Məhs dilin müxtəlif səviyyələrində bu amillərin təzahürü bədii və obrazlı nitqin formalaşmasına səbəb olur.

Bu tezis nitqimizin ayrılmaz tərkib hissəsi olan modallıq kateqoriyasından, daha dəqiq desək, qoşa modallıq və onun komponetal təhlilindən bəhs edir.

Published

2023-04-16

How to Cite

Nuriyeva Səadət Tapdıq qızı. (2023). QOŞA MODALLIĞIN KOMPONENTAL TƏHLILI. Progress in Science, (2). Retrieved from https://ojs.publisher.agency/index.php/PS/article/view/1240

Issue

Section

Philological Sciences