Fransız dilində vasitəsiz və vasitəli tamamlıq kimi işlənən əvəzliklərin işlənmə yerləri

Authors

  • QASIMOVA AYTƏN FƏRMAN QIZI Baş müəllim, Azərbaycan Dövlət Pedaqoji Universiteti (Şəki filialı)

Keywords:

tamamlıq, vasitəli, vasitəsiz, əvəzlik, təsdiq, sual, inkar

Abstract

Fransız dilini öyrənərkən tamamlıq kimi işlənən  əvəzliklərlə bağlı qaydaları başa düşmək və tətbiq etmək çətin görünə bilər. Ancaq fransız dilində danışmaq və yazmaq istəyirsinizsə, bu qaydalara yiyələnmək vacibdir. Yazılı və şifahi bütün söhbətlərimizdə onlardan istifadə edirik. Buna görə də biz lazımsız təkrarlardan qaçmaq üçün vasitəli obyekt əvəzliyindən və vasitəsiz obyekt əvəzliyindən necə istifadə edəcəyimizi birlikdə görəcəyik. Vasitəli tamamlıq kimi işlənən əvəzliklər insan və ya heyvanın adını əvəz etmək üçün istifadə olunur. Bu isim və ya ismi birləşmə COI funksiyasına malikdir. Kimə sualına cavab verir? COI əvəzliyi heç vaxt cansız isimləri əvəz etmir, yalnız canlı varlıqları əvəz edir. COD əvəzlikləri insanın, heyvanın və ya əşyanın adını əvəz edir. Bu isim və ya ismi birıləşmə birbaşa obyekt tamamlayıcısı və ya COD funksiyasına malikdir. O, bir insan və ya heyvan üçün “Kimi?”, cansız əşya üçün “ nəyi?” sualına cavab verir. Əgər COD xüsusi isimdirsə (Marie, Pierre və s.) və ya müəyyən artikl (le, la, les, və s.) , işarə sifəti (ce, cet, cette, ces)  mənsubiyyət  sifətidi ilə təqdim olunarsa (mon, ton, son...), onda COD əvəzliklərindən istifadə olunur. Digər tərəfdən, bu COD hissə (du, de la, des), rəqəm (un, deux, dix) və ya qeyri-müəyyən (un, une, des, certains, plusieurs…) ilə təqdim edilirsə,  bunu  birbaşa obyekt əvəzliyindən (le, la, les…) daxil etmək olmaz , lakin “en” əvəzliyindən istifadə edilməlidir.

Published

2023-07-31

How to Cite

QASIMOVA AYTƏN FƏRMAN QIZI. (2023). Fransız dilində vasitəsiz və vasitəli tamamlıq kimi işlənən əvəzliklərin işlənmə yerləri. Progress in Science, (3). Retrieved from https://ojs.publisher.agency/index.php/PS/article/view/1940

Issue

Section

Philological Sciences