Fransız dilinin təlimində texniki vəsaitlərdən istifadə

Authors

  • Rəfiyeva Xuraman Əli qızı Baş müəllim, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Şəki filialı, Fransız dili müəllimi, Orcid 0000-0001- 9887-4619

Abstract

Təlim böyük və mürəkkəb sistem olmaqla bir sıra yarım sistemlərə bölünür.Bunların arasında təlimin vasitələri xüsusı yer tutur.Müasir dövrdə xarici dillərin təlimi prosesində müxtəlif və rəngarəng vasitələrdən istifadə olunur. Bu vasitələrdən hər birinin öz xüsusiyyəti olmaqla, dil öyrənmə prosesində özünə məxsus yeri və əhəmiyyəti var. Bununla belə, bütün vasitələr eyni məqsədə xidmət etdiyindən vahid sistem təşkil edir. Təlim vasitələri komponentləri bir - birini tamamlayaraq öyrətmə prosesində üzvü əlaqədə, yəni kompleks şəkildə çıxış etdiyindən, metodikada “ tədris kompleksi ,, adlanır. Tədris kompleksinin tərkibinə daxil olan vasitələr təlimdə yerinə və əhəmiyyətinə görə iki növə ayrılır:

  1. Təlimin əsas vasitələri (kompleksin aparıcı komponentləri) Buraya tədris proqramı, dərslik, dərsliyə, aid metodik rəhbərlik daxil edilir ;
  2. Təlimin əlavə vasitələri (kompleksin əlavə komponentləri) Buraya internet materialları, müxtəlif cədvəllər, disklər,lüğətlər,ev oxusu üçün ədəbiyyat və digər didaktik vəsaitlər daxildir.

Published

2025-11-17

How to Cite

Rəfiyeva Xuraman Əli qızı. (2025). Fransız dilinin təlimində texniki vəsaitlərdən istifadə. Progress in Science, (11). Retrieved from https://ojs.publisher.agency/index.php/PS/article/view/7116

Issue

Section

Pedagogical Sciences