Modullu proqramlaşdırmanın müəssisə resurslarının planlaşdırılması (ERP) sistemlərinə tətbiqi Quliyev Samid

Authors

  • Quliyev Samid magistrant

Keywords:

ERP sistemləri, modullu proqramlaşdırma, modullararası inteqrasiya, biznesdə vahid idarəetmə, rəqəmsal transformasiya

Abstract

Müasir rəqəmsal transformasiya şəraitində müəssisə resurslarının planlaşdırılması (ERP) sistemləri təşkilatların idarəetmə və qərar qəbuletmə proseslərində əsas informasiya platformasına çevrilmişdir. Müəssisələrin artan funksional tələbləri, fərdiləşdirmə ehtiyacı və sistemlərin çevik idarə olunması zərurəti proqram təminatında modullu proqramlaşdırma yanaşmasının aktuallığını artırmışdır. Bu baxımdan, məqalədə modullu proqramlaşdırmanın ERP sistemlərinə tətbiqi və onun sistemin strukturuna, inteqrasiyasına və səmərəliliyinə təsiri araşdırılır.

            Məqalədə ilk olaraq ERP sistemlərinin ümumi xarakteristikası və modullu proqramlaşdırmanın nəzəri əsasları təqdim olunur. Daha sonra ERP sistemlərində modullararası və texniki inteqrasiya qabiliyyəti təhlil edilir. Növbəti mərhələdə modullu ERP sistemlərinin tətbiq sahələri və praktik istifadə istiqamətləri araşdırılır, eləcə də mövcud proqram təminatları müqayisəli şəkildə qiymətləndirilir. Sonda nəticə və gələcək perspektivlər bölməsində modullu yanaşmanın ERP sistemlərinin inkişafına təsiri ümumiləşdirilir və gələcək inkişaf istiqamətləri müəyyən edilir.

            Tədqiqat nəticələri göstərir ki, modullu proqramlaşdırma ERP sistemlərində çeviklik, idarəetmə səmərəliliyini, uzunmüddətli dayanıqlığını optimallaşdırma və davamlı inkişaf imkanlarını əhəmiyyətli dərəcədə artırır

Published

2026-03-09

How to Cite

Quliyev Samid. (2026). Modullu proqramlaşdırmanın müəssisə resurslarının planlaşdırılması (ERP) sistemlərinə tətbiqi Quliyev Samid. Progress in Science, (12). Retrieved from https://ojs.publisher.agency/index.php/PS/article/view/7956

Issue

Section

Technical Sciences