SÜNİ İNTELLEKT VƏ KİBERTƏHLÜKƏSİZLİK ARASINDA QARŞILIQLI ƏLAQƏ

Authors

  • Şövqü Məmmədov Sahib Magistrant

Keywords:

Süni intellekt, Kibertəhlükəsizlik, Maşın öyrənməsi, Dərin öyrənmə, Adversarial hücumlar, Məlumat təhlükəsizliyi

Abstract

Məqalədə süni intellekt və kibertəhlükəsizlik arasında qarşılıqlı əlaqə müasir rəqəmsallaşma kontekstində təhlil edilir. Qlobal miqyasda məlumat həcminin sürətlə artması və kibercinayətkarlığın iqtisadi zərərlərinin çoxalması informasiya sistemlərinin qorunmasını prioritet məsələyə çevirir. Ənənəvi siqnatur və qayda əsaslı müdafiə mexanizmlərinin mürəkkəbləşən hücumlar qarşısında qeyri-kafi qalması süni intellekt əsaslı yanaşmaların tətbiqini zəruri edir. Məqalədə maşın öyrənməsi, dərin öyrənmə, IDS və UEBA sistemlərinin təhdidlərin real vaxt rejimində aşkarlanması, anomaliyaların müəyyən edilməsi və insidentlərə operativ reaksiya baxımından üstünlükləri araşdırılır. Böyük verilənlərin təhlili vasitəsilə kompleks hücumlar arasındakı korrelyasiyaların müəyyən edilməsi və proaktiv müdafiə imkanları xüsusi vurğulanır. Eyni zamanda, sandbox mühitlərində süni intellektin tətbiqi və cavab tədbirlərinin avtomatlaşdırılması mexanizmləri izah olunur. Bununla yanaşı, süni intellektin kibertəhlükəsizlikdə tətbiqi ilə bağlı məhdudiyyətlər, o cümlədən məlumat keyfiyyətindən asılılıq, adversarial hücumlar, deepfake texnologiyaları, etik və hüquqi problemlər təhlil edilir. Alqoritmlərin şəffaflığı, izaholunan süni intellekt yanaşmaları və normativ tənzimləmə mexanizmlərinin əhəmiyyəti əsaslandırılır.

Published

2026-03-09

How to Cite

Şövqü Məmmədov Sahib. (2026). SÜNİ İNTELLEKT VƏ KİBERTƏHLÜKƏSİZLİK ARASINDA QARŞILIQLI ƏLAQƏ. Progress in Science, (12). Retrieved from https://ojs.publisher.agency/index.php/PS/article/view/7993

Issue

Section

Technical Sciences