Naqilsiz rabitə texnologiyalarının təsnifatı və arxitekturası

Authors

  • Məmmədova Aybəniz Arif qızı Azərbaycan Dövlət Pedaqoji Universitetinin Nəzdində, Azərbaycan Dövlət Pedaqoji Kolleci

Abstract

Naqilsiz rabitə texnologiyalarının təsnifatı

Naqilsiz şəbəkələrin arxitekturası.                    

Naqilsiz rabitə texnologiyalarını bir sıra əlamətlərə görə təsnif etmək olar: - ilkin informasiyanın emalı üsuluna görə; - veriliş zolağının genişliyinə görə; - abunəçilərin yerləşməsinə görə; - ölçüsünə görə; - ötürülən informasiyanın növünə görə. İkin informasiyama emal üsuluna görə naqilsiz rabitə texno logiyaları rəqəmli və analoq texnologiyalarına bölünür. Rəqəmli naqilsiz rabitə sistemlərində giriş analoq informasiyası rəqəmli formaya çevrilir. Fiziki mühitdə ötürülən zaman istənilən siqnal modulyasiyadan sonra analoq siqnalı şəklində olur. Ona görə rəqəmli naqilsiz rabitə sistemlərində yalnız giriş informasiya siq nalları rəqəmli siqnallara çevrilir və sonradan rəqəmli üsullarla emal olunur. Rəqəmli sistemlərin analoq sistemlərindən əsas fərqi bundan ibarətdir. Veriliş zolağırun genişliyinə görə naqilsiz rabitə texnolo giyaları darzolaqlı, genişzolaqlı və ifrat genişzolaqlı texnologyalara bölünür. Sistemin işçi tezlik zolağının genişliyi, zolağın mərkəzi tezliyindən çox kiçikdirsə, sistemin darzolaqlı olması qəbul edilir. Əks halda sistem genişzolaqlı hesab olunur. Veriliş zolağının genişliyinə görə sistemlərin növlərə ayırmasında başqa yanaşmalar da istifadə oluna bilər. Məsələn, sistem o vaxt geniş zolaqlı olacaqdır ki, onun ötürmə funksiyası tezlikdən asılı olaraq əhəmiyyətli dərəcədə dəyişilsin. Darzolaqlı sistemin ötürmə funk siyası işçi tezliklər zolağında tezlikdən asılı deyildir. Abunəçilərin yerləşməsinə görə naqilsiz rabitə texnologi yaları stasionar və hərəkətli texnologiyalara bölünür. Hərəkətli naqilsiz texnologiyalarında abunəçilərin hərəkətdə olmaq imkanı nəzərdə tutulur.

Published

2026-03-09

How to Cite

Məmmədova Aybəniz Arif qızı. (2026). Naqilsiz rabitə texnologiyalarının təsnifatı və arxitekturası. Progress in Science, (12). Retrieved from https://ojs.publisher.agency/index.php/PS/article/view/8003

Issue

Section

Technical Sciences