DÖVLƏT İNFORMASİYA SİSTEMLƏRİNİN TƏHSİL MÜƏSSİSƏLƏRİNDƏ İNTEQRASIYASI: PROBLEMLƏR VƏ HƏLL YOLLARI

Authors

  • İbrahimxəlilova Aysu Qabil qızı Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası
  • Səfiyev Elşad Süleyman oğlu Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası

Keywords:

İnformasiya sistemləri, inteqrasiya, təhsil siyasəti, kibertəhlükəsizlik, ATİS, TMİS, e-hökumət

Abstract

XXI əsrdə informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı təhsil sistemində idarəetmə və təlim proseslərini dərindən dəyişmişdir. Dövlət informasiya sistemlərinin təhsil müəssisələrinə inteqrasiyası müasir təhsilin rəqəmsal əsasda qurulmasına, qərarların səmərəliliyinin artmasına və şəffaflığın təmininə xidmət edir. Məqalədə Azərbaycanın təhsil sektorunda dövlət informasiya sistemlərinin inkişafı, Ali Təhsil İnformasiya Sistemi (ATİS), Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi (TMİS) kimi platformaların tətbiqi, bu inteqrasiyanın hüquqi və institusional əsasları, infrastruktur, texnologiya və insan resursları çətinlikləri təhlil edilir. Əldə edilmiş nəticələr göstərir ki, rəqəmsal strategiyalar və layihələrə baxmayaraq, informasiya sistemlərinin birgə işləməsi və informasiya təhlükəsizliyi sahəsində problemlər qalmaqdadır. Bu səbəbdən sənəddə vahid identifikasiya və autentifikasiya mexanizmlərinin qurulması, interoperabiliyə nail olunması, kadr hazırlığının gücləndirilməsi və kibertəhlükəsizlik tədbirlərinin təkmilləşdirilməsi üzrə təkliflər irəli sürülür.

Published

2026-06-15

How to Cite

İbrahimxəlilova Aysu Qabil qızı, & Səfiyev Elşad Süleyman oğlu. (2026). DÖVLƏT İNFORMASİYA SİSTEMLƏRİNİN TƏHSİL MÜƏSSİSƏLƏRİNDƏ İNTEQRASIYASI: PROBLEMLƏR VƏ HƏLL YOLLARI. Progress in Science, (13). Retrieved from https://ojs.publisher.agency/index.php/PS/article/view/8912

Issue

Section

Technical Sciences