TƏHLİLİN VƏ ANALİZİN İNFORMASİYA SİSTEMLƏRİNİN İNTEQRASİYASINDA TƏSİRİNİN QİYMƏTLƏNDİRİLMƏSİ

Authors

  • Şıxbalayev Uveys Kərəm Odlar Yurdu Universiteti

Keywords:

informasiya sistemi, sistem inteqrasiyası, informasiya təhlili, biznes analizi, rəqəmsal transformasiya

Abstract

Müasir rəqəmsal iqtisadiyyat şəraitində informasiya sistemlərinin inteqrasiyası müəssisələrin rəqabət qabiliyyətinin artırılması, biznes proseslərinin optimallaşdırılması və idarəetmə qərarlarının effektivliyinin yüksəldilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Tədqiqatın aktuallığı müxtəlif informasiya sistemlərinin vahid mühitdə inteqrasiyası zamanı təhlil və analiz proseslərinin həlledici rol oynaması ilə əlaqədardır. Bu baxımdan məqalənin məqsədi təhlil və analizin informasiya sistemlərinin inteqrasiyasına təsirini araşdırmaq, onların inteqrasiya layihələrinin uğurlu icrasına və səmərəliliyinə təsirini qiymətləndirməkdir. Tədqiqat zamanı sistemli yanaşma, müqayisəli təhlil və elmi ədəbiyyatın araşdırılması metodlarından istifadə edilmişdir.

Araşdırmanın nəticələri göstərir ki, keyfiyyətli təhlil və analiz inteqrasiya prosesində məlumat axınlarının düzgün müəyyənləşdirilməsinə, texniki və təşkilati risklərin azaldılmasına, resurslardan səmərəli istifadəyə və inteqrasiya xərclərinin optimallaşdırılmasına şərait yaradır. Eləcə də düzgün aparılmış analiz müəssisənin tələblərinə uyğun inteqrasiya modelinin seçilməsinə və informasiya sistemlərinin qarşılıqlı fəaliyyətinin təmin edilməsinə imkan verir.

Nəticə etibarilə müəyyən edilmişdir ki, təhlil və analiz informasiya sistemlərinin inteqrasiyasının əsas uğur amillərindən biri olmaqla rəqəmsal transformasiya proseslərinin effektiv həyata keçirilməsinə, müəssisələrin idarəetmə qabiliyyətinin gücləndirilməsinə və ümumi fəaliyyət səmərəliliyinin artırılmasına mühüm töhfə verir.

Published

2026-06-15

How to Cite

Şıxbalayev Uveys Kərəm. (2026). TƏHLİLİN VƏ ANALİZİN İNFORMASİYA SİSTEMLƏRİNİN İNTEQRASİYASINDA TƏSİRİNİN QİYMƏTLƏNDİRİLMƏSİ. Progress in Science, (13). Retrieved from https://ojs.publisher.agency/index.php/PS/article/view/8917

Issue

Section

Technical Sciences