İkinci Qarabağ Müharibəsindən sonra daşınmaz əmlak və mülkiyyət hüquqlarının bərpası prosesi: problemlər və perspektivlər
Keywords:
Qarabağ iqtisadi zonas, daşınmaz əmlak, daşınmaz əmlak bazarı, şəhərsalma, yenidənqurma, Böyük Qayıdış, mülkiyyət hüquqları, investisiya mühiti, ağıllı şəhər, ağıllı kənd, regional inkişafAbstract
. İkinci Qarabağ müharibəsindən sonra azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərinin həyata keçirilməsi Qarabağ iqtisadi zonasında daşınmaz əmlak sektorunun inkişafı üçün yeni imkanlar yaratmışdır. Regionda yaşayış məntəqələrinin yenidən qurulması, müasir şəhərsalma prinsiplərinin tətbiqi, nəqliyyat və kommunal infrastrukturun bərpası daşınmaz əmlak bazarının formalaşmasına və inkişafına mühüm təsir göstərir. Məqalədə Qarabağ iqtisadi zonasında daşınmaz əmlakın inkişaf istiqamətləri, bu sahəyə təsir edən əsas amillər, dövlət tərəfindən həyata keçirilən bərpa proqramları və investisiya layihələri təhlil edilir. Həmçinin mülkiyyət hüquqlarının bərpası, əhalinin geri qayıdışı, “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyalarının tətbiqi, eləcə də regionun sosial-iqtisadi inkişafının daşınmaz əmlak bazarına təsiri araşdırılır. Tədqiqat nəticəsində müəyyən edilmişdir ki, Qarabağ iqtisadi zonasında daşınmaz əmlak sektorunun davamlı inkişafı üçün infrastruktur layihələrinin genişləndirilməsi, investisiya mühitinin təkmilləşdirilməsi və müasir idarəetmə mexanizmlərinin tətbiqi xüsusi əhəmiyyət kəsb edir
Published
How to Cite
Issue
Section
License
Copyright (c) 2026 Progress in Science

This work is licensed under a Creative Commons Attribution-ShareAlike 4.0 International License.