XIX ƏSR AMERİKA ƏDƏBİYYATINDA QADIN XARAKTERİNİN TRANSFORMASİYASI: ƏNƏNƏVİ QADIN MODELİNDƏN FƏRDİ ÖZÜNÜDƏRKƏ DOĞRU

Authors

  • İskəndərova Firuzə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, ORCID ID : 0009-0008-6072-7443

Keywords:

XIX əsr Amerika ədəbiyyatı, qadın xarakteri, qadın kimliyi, özünüdərk, iqtisadi müstəqillik, yaradıcı fərdiyyət

Abstract

Xülasə. Məqalədə XIX əsr Amerika ədəbiyyatında qadın xarakterinin dəyişmə xətti əsrin müxtəlif mərhələlərini təmsil edən dörd bədii obraz – Hester Prynne, Ruth Hall, Jo March və Edna Pontellier əsasında araşdırılır. Tədqiqatın məqsədi qadın qəhrəmanın yalnız məişət və ailə münasibətlərinin iştirakçısı kimi təqdim edilməsindən fərdi seçim, iqtisadi müstəqillik, yaradıcı özünüifadə və şəxsi azadlıq tələb edən subyektə çevrilməsini izləməkdir. Təhlildə XIX əsr Amerika cəmiyyətində qadınlıq haqqında formalaşmış “true womanhood” modeli, məişət sferasının ideoloji funksiyası, qadın müəlliflərin ədəbi bazarda görünürlüğünün artması və əsrin sonuna doğru fərdi özünüdərk mövzusunun dərinləşməsi nəzərə alınır. Hester Prynne sosial mühakimə şəraitində daxili möhkəmliyi, Ruth Hall əməyin və peşəkar fəaliyyətin qadın həyatında yaratdığı yeni imkanları, Jo March yaradıcı ambisiya ilə ailə modeli arasındakı gərginliyi, Edna Pontellier isə ənənəvi rollardan daha radikal uzaqlaşma cəhdini təmsil edir. Müqayisə göstərir ki, XIX əsr Amerika ədəbiyyatında qadın xarakterinin inkişafı düzxətli və ziddiyyətsiz proses deyil; hər yeni mərhələ əvvəlki modeli həm davam etdirir, həm də onun sərhədlərini genişləndirir.

Published

2026-09-27

How to Cite

İskəndərova Firuzə. (2026). XIX ƏSR AMERİKA ƏDƏBİYYATINDA QADIN XARAKTERİNİN TRANSFORMASİYASI: ƏNƏNƏVİ QADIN MODELİNDƏN FƏRDİ ÖZÜNÜDƏRKƏ DOĞRU. Progress in Science, (14). Retrieved from https://ojs.publisher.agency/index.php/PS/article/view/9307

Issue

Section

Literature