AZƏRBAYCAN ƏDƏBİ-BƏDİİ PUBLİSİSTİKASININ İNKİŞAF DÖVRLƏRİ

Authors

  • Əliyeva Aynur Nazim qızı Bakı Dövlət Universiteti, Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının II kurs magistrantı

Abstract

Publisistika eləcə də ədəbi-bədii publisistikanın ötən illərdəki fəaliyyəti, keçdiyi inkişaf dövrləri zamanla bir sıra tədqiqatçıların araşdırma mövzusu olmuşdur.

Məqalədə ədəbi-bədii publisistikamızın formalaşma prosesi, təşəkkülü,inkişaf dövrlərindən söhbət açılır. Məşhur yazıçı-publisist ziyalılarımızın publisistik fəaliyyəti, ədəbi yaradıcılığın bu qoluna aid yaratdıqları nümunələr təhlil edilir. Publisistikanın dünəni və bu günü arasındakı inkişak dinamikasına nəzər yetirilir.

Açar sözlər: Ədəbi-bədii publisistika,mətbuat,inkişaf dövrləri, ictimai şüur, əsas mövzular

Ədəbi-bədii publisistika bədii təsvir vasitələrinin gücü ilə ictimai-siyasi problemləri işıqlandıran ədəbi yaradıcılıq növüdür. Azərbaycan ədəbiyyatı ənənələlərinə əsaslanan publisitikanın bu növü həyatın idrakını və real təsvirini hədəfləyərək,cəmiyyəti kamilləşdirmək funksiyasını yerinə yetirir. Ədəbi-bədii publisistika yalnız informativ mətnlərlə deyil,həm də bədii obrazlılıq vasitəsilə ədəbi-estetik zövqün formalaşmasında böyük rol oynayır. Bir növ ədəbiyyatla jurnalistikanı birləşdirən bu janr milli mətbuatın və ədəbi yaradıcılığın sintezindən doğan nəzəri konsepsiyalara əsaslanır.

Publisistikanın bu növü XIX-cu əsrin sonu XX-ci əsrin əvvəllərində mətbuatın inkişafı ilə formalaşma prosesi keçmişdir.

Azərbaycan ədəbi-bədii publisistikasının keçdiyi yola və inkişaf dövrlərinə nəzər saldıqda açıq-aydın görürük ki,ictimai şüurun inkişafında mühüm rol oynayıb. Ümumiyyətlə publisistika mövcud olduğu bütün dövrlərdə ictimai şüurun güzgüsü olmuş,milli ideyanın gələcək nəsillərə aşılanmasına, mədəniyyətin təbliği və inkişafına xidmət etmişdir.

Published

2026-09-27

How to Cite

Əliyeva Aynur Nazim qızı. (2026). AZƏRBAYCAN ƏDƏBİ-BƏDİİ PUBLİSİSTİKASININ İNKİŞAF DÖVRLƏRİ. Progress in Science, (14). Retrieved from https://ojs.publisher.agency/index.php/PS/article/view/9311

Issue

Section

Literature