MÜASİR CƏMİYYƏTDƏ VİRTUAL ÜNSİYYƏT VƏ EMPATİYA

Authors

  • Salatın Hacıyeva Psixologiya üzrə fəlsəfə doktoru, dosent, Naxçıvan Dövlət Universiteti, Orcid ID: 0009-0004-4913-4074

Keywords:

rəqəmsal mühit, internet, virtual ünsiyyət, empatiya, sosial şəbəkə, virtual bacarıq

Abstract

Məqalədə müasir kommunikasiya vasitələrinin başqalarının emosional vəziyyətini anlamaq və hiss etmək qabiliyyətinin (empatiyanın) formalaşmasına necə təsir etdiyi araşdırılır. Məqalədə onlayn ünsiyyət mühitinin insanların, xüsusilə gənclərin empatik bacarıqlarına təsiri haqqında mövcud elmi mənbələrdə yer alan ziddiyyətli yanaşmalar tədqiq edilərək ümumiləşdirilmişdir. Tədqiqatlarda iddia edilir ki, sosial dərketmənin sağlam inkişafı üçün onlayn ünsiyyət formaları ilə canlı münasibətlər arasında düzgün tarazlıq qorunmalıdır. Tədqiqat çərçivəsində gənclərin və humanitar sahədə təhsil alan tələbələrin üstünlük verdikləri ünsiyyət vasitələrindən (üzbəüz görüşlər, sosial platformalar, telefon zəngləri, videozənglər və internet resursları) asılı olaraq empatik göstəricilərinin necə dəyişdiyi təhlil olunmuşdur

Published

2026-09-27

How to Cite

Salatın Hacıyeva. (2026). MÜASİR CƏMİYYƏTDƏ VİRTUAL ÜNSİYYƏT VƏ EMPATİYA. Progress in Science, (14). Retrieved from https://ojs.publisher.agency/index.php/PS/article/view/9318

Issue

Section

Psychological Sciences