Müasir İngilis dilində yiyəlik əvəzlikləri və onların Azərbaycan dilində qarşılığı

Authors

  • Məmmədova Şəlalə Arif qızı ADPU, XDM, ingilis dili müəllimi

Keywords:

yiyəlik əvəzlikləri, asılı forma, müstəqil forma, mənsubiyyət kateqoriyası, yanaşma

Abstract

Əvəzlik öz leksik mənasına, morfoloji quruluşuna və sintaktik funksiyasına görə digər nitq hissələrindən əsaslı sürətdə fərqlənir. Q.Kazımov əvəzliyi belə xarakterizə edir: “Şəxs, əşya, əlamət, kəmiyyət, hətəkət bildirən sözləri ümumi və qeyri-ümumi şəkildə əvəz edən, yaxud sadəcə oolaraq onlara işarə edən sözlərə əvəzlik deyilir” [2, s.138]. Mətnin formalaşmasında mühüm rol oynayan faktorları nəzərə aldıqda əvəzliklərin dildə daha çox funksiyaları yerinə yetirdiyini qeyd etmək lazımdır. Xüsusən, əvəzliklər geniş mətnyaratma imkanlarına malikdir. Eyni zamanda deyksis kateqoriyasının  ətraflı şəkildə tədqiq edilməsində də əksər dillərdə əvəzliklər mühüm rol oynayır  [3, s.10]. Göstərilən bu məqalədə bizim əsas məqsədimiz müasir ingilis dilində yiyəlik əvəzliklərinin leksik, morfoloji və sintaksik xüsusiyyətlərini müəyyənləşdirmək və onların Azərbaycan dilində qarşılığını verməkdən ibarətdir.

Published

2022-10-22

How to Cite

Məmmədova Şəlalə Arif qızı. (2022). Müasir İngilis dilində yiyəlik əvəzlikləri və onların Azərbaycan dilində qarşılığı. Scientific Results, (1). Retrieved from https://ojs.publisher.agency/index.php/SR/article/view/106

Issue

Section

Philological Sciences