MULTIKULTURAL DƏYƏRLƏR AZƏRBAYCAN MƏDƏNI IRSININ ZƏRURU AMILI KIMI
Keywords:
mədəni irs, humanizm, dialoq, tolerantlıq, mədəni mübadiləAbstract
Azərbaycan müstəqillik əldə etdikdən sonra Mədəniyyət və Turizm Nazirliyində “mədəniyyət siyasəti” şöbəsi yaradıldı və uğurlu fəaliyyətə başladı. Mədəniyyət siyasəti həm də dövlət siyasətinin tərkib hissəsi kimi milli mənəvi dəyərlərə - multikultural və tolerantlıq prinsplərinə əsaslanaraq ölkənin qanunvericilik təminatını təşkil edən bir prosesə çevrildi.
Milli siyasət hər bir millətin dünya tarixindəki ictimai mövqeyini əks etdirən başlıca sahədir. O, milli məhdudluğa, milli özünəqapılmaya deyil, bir millətin digər millətlərlə qarşılıqlı əlaqələrinin tənzimlənməsinə xidmət edir. Milli siyasət milli hegemonluğu məqbul saya bilməz, eyni zamanda o, hər bir millətin (etnosun, milli azlığın) tarixi mövqeyini, milli-mənəvi hüquqlarını tam şəkildə qorumağa yönəldilir.