KAMIL INSAN: NƏSIRƏDDIN TUSI ESTETIKASINDA
Keywords:
mədəni insan, humanizm, mənəviyyat, əxlaq, şəxsiyyətAbstract
Müasir humanitar elmlərin predmeti sayılan “mədəni insan” probleminin araşdırılması və tədqiqi cağımızın ən aktual və təxirəsalınmaz məsələlərindən biridir. Düşüncə tarixinə nəzər saldıqda problemin qədim və orta əsrlərdə də aktual olması nəzərə çarpır. İnsan (fərd) ilk növbədə bioloji varlıqdır. Onun sosiallaşması, birgəyaşayış qaydalarına əməl etməsi üçün nələrdənsə imtina etməsi, və ya qadağalar, yasalar kodeksi yaradılmalı idı ki, bu da cəmiyyətin özü tərəfindən (ağsaqqallar, müdriklər) yaradıldı. Beləliklə, “Homo-sapiens”in (ağıllı insan) yaranması ilə mədəniyyət yarandı. Ardınca fəlsəfə və digər elmlər yaranmağa başladı. Mədəniyyət və fəlsəfə cəmiyyəti nizamlayan, sosiallaşmanı, tolerantlığı, humanizmi bir sözlə cəmiyyətin xoşbəxtliyini bərqərar edən mexanizmə çevrildi. Düşüncə insanları müdriklər bu mexanizmi yaratmaqla bəşəriyyəti, istiqamətləndirdilər. Qədim Hind Vedaları (biliklər toplusu), Çin Daosizmi, Kunfutsi təlimi, antik Yunan müdrikləri, Sokrat və onun ardıcılları müdriklik, kamil isan, mədəni insan haqqında dəyərli fikirlər yaratmaqla bu gün üçün problemə çevrilən məsələnin uzaqgörənliklə izahını verdilər. Bu ənənə orta əsrlərdə də davam etdirildi.