İBTİDAİ MƏKTƏBDƏ OXU MATERİALLARI ƏSASINDA ƏDƏBİ TƏLƏFFÜZ ÜZRƏ İŞİN TƏŞKİLİ

Authors

  • Qasımova Maya Rəhim qızı Pedaqogika üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan, Bakı, https://orcid.org/ 0000-0001-9116-4331

Abstract

Nitq inkişafı üzrə aparılan işin istiqamətlərindən biri nitq­də orfoepik normaların gözlə­nil­məsini tərbiyə etməklə bağlıdır. Nitqə verilən orfoepik tələblər dedikdə, ədəbi dil normalarına uy­ğun danışmaq nəzərdə tutu­lur. İbtidai məktəbdə şagirdlər ədəbi dil normalarına ətrafda olan in­san­la­rın da­nı­şığını əxz etmək (yəni, imitasiya etmək yolu ilə) və məqsədyönlü təlim vasitəsilə yiyə­lə­­nir­lər.

Danışıq və oxu zamanı ədəbi tələffüz normalarının gözlənilməsi vacib amil­dir. Bu, ən əsası, dilimizdəki sözlərin fərqli (hər kəsin istəyinə uyğun olaraq) tələffü­zü­­nün qarşısını alır; digər tərəfdən insanların bir-birini düzgün başa düşmələrinə, asan­lıq­la anlamalarına kömək edir. Çünki danışıq və oxu zamanı orfoepik normanın gözlənilməməsi, bu və ya digər sözün qulağa yatqın tələffüz olunmaması dinləyənin diqqətini əsas mətləbdən yayındırır. Prof.N.Abdullayev yazır: “Düzgün tələffüz din­lə­yicinin diqqətini fikrin ifadə vasitələrindən daha çox məzmuna yö­nəlt­mək­lə, nitqin asan anlaşılmasına və dərhal qavranılmasına kömək edir” (1, 126).

Qeyd etməliyik ki, şagirdlər oxu və danışıq zamanı ədəbi tələffüz normala­rı­nı gözləmək ba­carığına qısa zaman kəsiyində yiyələnmirlər. Bu sahədə davamlı vər­dişlərin formalaşdırılmasına mək­təbəqədər dövrdən başlamaq lazımdır. Bağçanın bö­yük və məktəbəhazırlıq qruplarında tərbi­yə­çi uşaqlara səslə hərfin fərqini izah edir. Məktəbə qədəm qoymuş uşaqlar yazılı nitqə yiyələn­dik­cə, dilimizdəki bir sıra söz­lərin səs və hərf tərkibinin hər zaman üst-üstə düşmədiyinin şahidi olurlar. Hər dərsdə müntəzəm olaraq aparılması zəruri olan dialekt və kitab tələffüzü ilə orfoepik tə­ləffüzün tutuşdurulması, müqayisə edilməsi tədricən şagirdlərə oxu və danışıqla­rın­dakı qüsurları aradan qaldırmaqda kömək edir.

Published

2023-06-05

How to Cite

Qasımova Maya Rəhim qızı. (2023). İBTİDAİ MƏKTƏBDƏ OXU MATERİALLARI ƏSASINDA ƏDƏBİ TƏLƏFFÜZ ÜZRƏ İŞİN TƏŞKİLİ . Scientific Results, (3). Retrieved from https://ojs.publisher.agency/index.php/SR/article/view/1681

Issue

Section

Pedagogical Sciences