Təhsil və multikulturalizm

Authors

  • Qasımova Pərvanə Mirələm qızı Baş müəllim, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan, Orchid ID: 0000-01234-5657-8898

Keywords:

multikulturalizm, təhsil sistemi, pedaqoji şərait

Abstract

Müasir dövrdə milli-mənəvi şüurun formalaşması, şəxsiyyətin əxlaqi, mənəvi keyfiyyətlərə yiyələnməsi - buraya tolerantlıq, dözümlülük, başqalarına hörmət, empatiya kimi keyfiyyətlər də daxildir - cəmiyyətin inkişafında vacib amillərdən sayılır. Məhz buna görə də şəxsiyyətin milli-mənəvi, əxlaqi tərbiyəsi, layiqli insan yetişdirmək problemi dövlətin daim diqqət mərkəzindədir. Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasında “məsuliyyətini dərk edən, demokratiya prinsiplərinə və xalqının milli ənənələrinə, insan hüquq və azadlıqlarına hörmət edən, azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirmək; milli mənəvi və ümumbəşəri dəyərləri qoruyan və inkişaf etdirən, geniş dünyagörüşünə malik olan... kadrlar hazırlamaq” təhsil sisteminin başlıca vəzifələri sırasında qeyd olunur [1]. Burada artıq qeyd etdiyimiz kimi əsas məsuliyyət müəllimlərin üzərinə düşür. Çünki multikultural dəyərlərin qorunması ilə yanaşı, onun gələcək nəsillərə düzgün çatdırılması, öyrənilməsi və mahiyyətinə varılması olduqca önəmlidir. Odur ki, istənilən sahədə Azərbaycan gerçəkliyinin gənclərə aşılanması, xalqın zəngin multikultural keçmişinin, dövlətin mədəni müxtəlifliyin qorunması istiqamətində atdığı addımların təbliği multikultural gələcəyin təminatıdır.

Published

2024-11-11

How to Cite

Qasımova Pərvanə Mirələm qızı. (2024). Təhsil və multikulturalizm. Scientific Results, (8). Retrieved from https://ojs.publisher.agency/index.php/SR/article/view/4568

Issue

Section

Pedagogical Sciences