MOLLA PƏNAH VAQİFİN YARADICILIĞINDA NİKBİNLİK VƏ BƏDBİNLİK MOTİVİ
Keywords:
Molla Pənah Vaqif, nikbinlik, bədbinlik, Görmədim” müxəmməsi, Bax” qəzəliAbstract
Molla Pənah Vaqif ədəbiyyatımızda milliliyi, xəlqiliyi, realizmi, nikbinliyi ilə seçilən məşhur sənətkarımızdır. Onun nikbinliyinin əksinə dostu Molla Vəli Vidadi bədbinliyi ilə seçilirdi. Biz əvvəlcə nikbinlik və bədbinliklə bağlı fəlsəfi məsələlərə toxunmuş, sonra isə Vaqifin yaradıcılığındakı bədbin tonlarda olan şeirləri nəzərdən keçirmiş və bu barədə Əli İbrahimovun fikirlərinə istinad etmişik. Vaqifin nikbinliyinin əsas səbəbini onun xalqın içindən gəlməsidir deyə bilərik. Vidadinin xalqın içində yaşaması isə onun bədbinliyinin əsas səbəbi idi. Biz məqalədə bu məsələyə toxunmuşuq. Vaqifin “Durnalar”, “Bayram oldu”, “Qarabağ içrə bir şair Kəlimülla Musadır”, “Düşər”, “ağlaram”, “gəlməmiş”, “ayrıldıq” şeirlərinin və ən əsası bədbinliyinin pik nöqtəsi olan “Bax” qəzəli və “Görmədim” müxəmməsi haqqında da fikirlərimizi bölüşmüşük.
Published
How to Cite
Issue
Section
License
This work is licensed under a Creative Commons Attribution-ShareAlike 4.0 International License.