NİTQ MƏDƏNİYYƏTİNİN NORMALARI

Authors

  • Nazile Yusifova Yusif qızı Azerbaycan Dövlet Pedaqoji Universi

Abstract

Dil bütövlükdə informasiya verən və informasiya qəbul edən mexanizm çərçivəsində özünün fəaliyyətini həyata keçirir. Norma olmayanda bu funksiyanın yerinə yetirilməsi mümkün deyil. Dilin informasiya mexanizmi nitqlə tənzim olunur. Ona görə də dildəki bütün normalaşma prosesi nitqin fəaliyyəti vasitəsilə həyata keçirilir. Nitq dil vasitəsi ilə ifadə edilən fikri tək-tək fərdlərə yox, həmçinin kollektivə çatdırır. Ona görə də nitq ifadəsi kollektiv üzvlərinin hər biri üçün həll olan vasitələrlə çatdırılmalıdır. Əgər nitq ixtiyari qurulsa, kollektiv üzvlərinin onu qəbul etmək imkanları mövcud deyilsə, o zaman nitqlə verilən informasiya nəticə etibarilə faydasız qalır. Ona görə də eyni bir dil hüdudunda, nitq vasitələri bu dilin daxili elementlərinin müvafiq strukturuna uyğun şəkildə qurulmalıdır. Belə bir halda nitq dinləyici tərəfindən başa düşülür və informasiya funksiyası yerinə yetirilir. Nitq prosesində ixtiyari elementlərdən sərbəst, istənilən kimi istifadə edildikdə nitq rabitəsi pozulur. Norma dil sistemində baş verən daimi bir prosesdir. Norma hər bir dilin daxili və ən zəruri atributlarından sayılır. Normanın zəruriliyi onda özünü göstərir ki, dil normasız informasiya mənbəyinə çevrilə bilməz.

Published

2025-02-24

How to Cite

Nazile Yusifova Yusif qızı. (2025). NİTQ MƏDƏNİYYƏTİNİN NORMALARI. Scientific Results, (9). Retrieved from https://ojs.publisher.agency/index.php/SR/article/view/5351

Issue

Section

Literature