İşçilərin idarəetmə proseslərində iştirakının şirkətin inkişafına töhfələri
Keywords:
İşçi iştirakı, idarəetmə prosesləri, şirkət inkişafı, məhsuldarlıq, innovasiya, işçi bağlılığı, böhran dayanıqlılığı, korporativ sosial məsuliyyət, təşkilati mədəniyyət, iş yeri demokratiyasıAbstract
Mövzunun aktuallığı, müasir iş dünyasında şirkətlərin rəqabət üstünlüyü qazanması və davamlı inkişafı üçün yenilikçi idarəetmə yanaşmalarının vacibliyi ilə əlaqədardır. İşçiların idarəetmə proseslərinə cəlb edilməsi, iş yeri demokratiyasını gücləndirərək şirkətlərin məhsuldarlığını, innovasiya qabiliyyətini və sosial məsuliyyətini artırır (11). Xüsusilə, COVID-19 pandemiyası kimi böhran dövrlərində şirkətlərin çeviklik və dayanıqlılıq qazanması üçün İşçiların iştirakı getdikcə daha çox əhəmiyyət kəsb edir (6). Bundan əlavə, Türkiyə kimi inkişaf etməkdə olan iqtisadiyyatlarda, mədəni və struktur faktorlar İşçi iştirakının tətbiqini aktuallaşdırır (4). Bu mövzu, həm akademik, həm də praktik baxımdan şirkətlərin idarəetmə strategiyalarını yenidən formalaşdırmaq üçün zəruri bir müzakirə sahəsidir.
Tədqiqatın əsas məqsədi, İşçiların idarəetmə proseslərinə iştirakının şirkətlərin inkişafına təsirini sistemli şəkildə araşdırmaq və bu iştirakın məhsuldarlıq, innovasiya, İşçi bağlılığı, böhranlara qarşı dayanıqlılıq, korporativ sosial məsuliyyət və təşkilati mədəniyyət kimi sahələrdəki təsirlərini qiymətləndirməkdir. Eyni zamanda, Mondragon Kooperativi və Semco kimi real nümunələr əsasında iştirakın praktiki nəticələrini təhlil edərək, şirkətlər üçün tətbiq oluna biləcək strategiyalar təklif etmək hədəflənir. Tədqiqat, iştirakın potensial məhdudiyyətlərini də nəzərə alaraq, müxtəlif sektorlar və mədəni kontekstlər üçün uyğunlaşdırıla bilən həllər irəli sürür. (8)
İstifadə Olunan Tədqiqat Metodları
Tədqiqat, ikinci dərəcəli məlumatlara əsaslanan sistematik ədəbiyyat təhlili və vaka təhlili metodlarından istifadə edir. Ədəbiyyat təhlili üçün JSTOR, Web of Science, Google Scholar, ResearchGate, tez.yok.gov.tr və s platformalarından seçilmişdir. Seçilmiş mənbələr, kəmiyyət (məsələn, anket təhlilləri) keyfiyyət (məsələn, müsahibələr) və nümunə təhlili [metodologiyalarına əsaslanır. Nümunə təhlili üçün Mondragon Kooperativi və Semco şirkətlərinin İşçi iştirakı təcrübələri ətraflı şəkildə araşdırılmış və onların performansa təsirləri qiymətləndirilmişdir. Məlumatların sintezi, tənqidi təhlil və müqayisəli qiymətləndirmə yolu ilə aparılmışdır.
Tədqiqatın İnformativ Strukturu
Məqalə, akademik standartlara uyğun olaraq beş əsas bölmədən ibarətdir:
- Giriş: Mövzunun aktuallığı, tədqiqatın məqsədi və işin əhatə dairəsi təqdim edilir.
- Nümunə Təhlili: Mondragon Kooperativi və Semco nümunələri üzərindən iştirakın praktiki nəticələri qiymətləndirilir.
- Həll Təklifləri: Şirkətlər üçün tətbiq oluna biləcək strategiyalar (məsələn, İşçi şuraları, innovasiya platformaları) təklif edilir.
- Nəticə: Tədqiqatın əsas tapıntıları xülasələşdirilir və gələcək tədqiqatlar üçün istiqamətlər göstərilir. Bu struktur, məlumatların məntiqi ardıcıllıqla təqdim edilməsini və həm nəzəri, həm də praktiki aspektlərin əhatə olunmasını təmin edir.
Tədqiqatın Elmi Yeniliyi və Praktiki Məsələləri
Elmi Yenilik:
- Tədqiqat, İşçi iştirakının şirkət inkişafına təsirini 2020 sonrası aktual mənbələrlə və müxtəlif sektorlar (imalat, texnologiya) üzərindən hərtərəfli təhlil edərək, bu sahədəki ən son tapıntıları bir araya gətirir.
- Türkiyə kimi inkişaf etməkdə olan iqtisadiyyatlarda mədəni faktorların iştiraka təsirini vurğulayaraq, mövzuya kontekstual bir perspektiv əlavə edir. (3)
- İşçi iştirakının məhdudiyyətlərini (məsələn, kiçik müəssisələrdə xərc artımı) əks etdirən əks arqumentləri inteqrasiya edərək, balanslaşdırılmış bir təhlil təqdim edir. (7)
Praktiki Məsələlər:
- Tədqiqat, şirkətlərə İşçi iştirakını artırmaq üçün konkret strategiyalar (məsələn, şəffaf kommunikasiya, təşviq sistemləri) təklif edir ki, bu da idarəetmə təcrübələrinin yenidən formalaşdırılmasına kömək edir.
- Fərqli sektorlar və müəssisə ölçüləri üçün uyğunlaşdırıla bilən həllər, tətbiq sahəsini genişləndirir.
- Tədqiqatın tapıntıları, xüsusilə KOBİ-lər və inkişaf etməkdə olan bazarlar üçün idarəetmə strategiyalarının optimallaşdırılmasında istifadə oluna bilər.(8)
Nəticələrin və tətbiq sahələrinin praktiki əhəmiyyəti
Tədqiqatın nəticələri, İşçi iştirakının şirkətlərə çoxsaylı faydalar təmin etdiyini göstərir: məhsuldarlı qda 15% artım, innovasiya sürətində 20% yaxşılaşma, işçi dövriyyəsində 20% azalma və böhranlara qarşı dayanıqlılığın artması, Mondragon Kooperativi və Semco nümunələri, bu faydaların praktik tətbiqlərini nümayiş etdirir (məsələn, xərclərin 10% azalması, müştəri məmnuniyyətinin 12% artması)
Tətbiq Sahələri:
- İdarəetmə Strategiyaları: Şirkətlər, təklif olunan strategiyalardan (məsələn, İşçi şuraları, innovasiya platformaları) istifadə edərək idarəetmə proseslərini optimallaşdıra bilər.
- Sektorlar: İmalat, texnologiya və xidmət sektorlarında iştirak modelləri tətbiq oluna bilər.
- KOBİ-lər: Türkiyə kimi bazarlarda KOBİ-lər, mədəni kontekstə uyğunlaşdırılmış iştirak strategiyaları ilə rəqabət qabiliyyətini artıra bilər.(4)
- Siyasət və Təhsil: nümunələr iş yeri demokratiyasını təşviq edən siyasətlər və idarəetmə təhsili proqramları üçün əsas təşkil edə bilər.
Praktiki əhəmiyyət, şirkətlərin iqtisadi və sosial performansını artırmaqla yanaşı, davamlı inkişaf hədəflərinə töhfə verməsindədir.(8)
Published
How to Cite
Issue
Section
License

This work is licensed under a Creative Commons Attribution-ShareAlike 4.0 International License.