AZƏRBAYCANDA TURİZM BAZARININ HAZIRKI VƏZİYYƏTİ

Authors

  • Dadaşov Xəyal Pərviz Bakı Biznes Universiteti, magistrant
  • R.I.Kerimov Bakı Biznes Universiteti, i.ü.f.d.dos.

Keywords:

turizm, turagent, turizm sənayesi, Azərbaycanda turi

Abstract

Müasir dünyada turizm dinamik strukturu ilə ən sürətlə inkişaf edən sektorlardan biridir. Azərbaycan turizmin iqtisadi təsirlərindən bəhrələnir və onun əhəmiyyəti günü-gündən artır. Neft sektorundan sonra ən çox diqqətini yönəltdiyi sektorun turizm olduğunu söyləmək mümkündür. 2011-ci ilin Azərbaycanda “Turizm ili” elan edilməsi də bunun göstəricisidir. Azərbaycanda turizm yönümlü siyasətlər hazırlanmış və turizmə dəstək proqramları hazırlanmışdır. Bütün səylərə baxmayaraq, iqtisadi artım hədəflərinə tam nail olunmayıb. Tədqiqatın məqsədi Azərbaycanın turizm potensialını müəyyən etmək və strategiyaları hazırlamaq olub. Azərbaycanda turizmin mövcud vəziyyəti araşdırılaraq turizmin inkişafı üçün dövlət mexanizmləri və qarşıya çıxan problemlərin müəyyənləşdirilməsi prioritet təşkil edilib. Azərbaycan turizmin inkişafı üçün müxtəlif ölkələrin turizm siyasətindən optimal miqyasda istifadə etməyə önəm verir.

Metodologiya – Tədqiqatda təsviri tədqiqat metodundan istifadə etməklə Azərbaycan turizminin mövcud vəziyyəti araşdırılmış və təsviri tədqiqat növlərindən biri olan müqayisəli tədqiqat tətbiq edilmişdir.

Məqalənin məqsədi. Turizm xidmətləri bazarının ümumi və spesifik sahələrinin hərtərəfli təhlili əsasında Azərbaycan Respublikasında turizm bazarının təhlili və qiymətləndirilməsidir.

Araşdırma nəticəsində müəyyən edilib ki, turizm Azərbaycan iqtisadiyyatı üçün hərəkətverici qüvvə olmaq potensialına malik bir sektordur.

Published

2025-06-09

How to Cite

Dadaşov Xəyal Pərviz, & R.I.Kerimov. (2025). AZƏRBAYCANDA TURİZM BAZARININ HAZIRKI VƏZİYYƏTİ. Scientific Results, (10). Retrieved from https://ojs.publisher.agency/index.php/SR/article/view/6403

Issue

Section

Economic Sciences