Göytürk abidələrində analitik-flektiv dillərlə müştərək olan kök sözlər

Authors

  • Yusifova Nazile Yusif qızı P.h.d, Azərbaycan Dövlət Pedaqoji Universteti

Abstract

Dünya dillərində müştərək kök sözlərin mövcudluğunu təsdiq edən çoxlu miqdarda sözlər mövcuddur. Həmin müştərəkliyin səbəblərinin nədən ibarət olduğu barədəki fikirlər isə müxtəlifdir. Bəzi tədqiqatçılarda dillər arasındakı kök müştərəkliyi qədimdə baş vermiş miqrasiyalar nəticəsində yaranan dil kontaktları ilə əlaqələndirilir. Tədqiqatların bəzilərində genetik yaxınlıq əsas götürülür. Tədqiqatların bir qismində isə kök sözlərin müştərəkliyi təsadüfi oxşarlıq kimi qələmə verilir. Müxtəlif dillər arasındakı əlaqələrin genetik qohumluq və areal yaxınlığı baxımından şərh olunması xüsusilə diqqəti cəlb edir. Bu sahədə A.M.Şerbak, B.A.Serebrennikov, A.P.Potseluyevski, K.M.Musayev, N.Hacıyeva, F.R.Zeynalov, V.M.İlliç Svitıç, E.Kajibekov kimi adlı-sanlı alimlər tədqiqat aparmışlar [3, 412 s; 4, 272 s.; 5, 264 s.; 8, 229 s.; 9, 236 s.; 10, 23-31; 11, s. 30-42]. Azərbaycanda da müxtəlifelmli dillər arasında kök sözlərin müştərəkliyini təsdiq edən paralellərin öyrənilməsi sahəsində ciddi tədqiqatlar meydana çıxmışdır [1, 285 s.; 6,  400 s.; 7, 272 s.; 12, 343 s.].

Published

2025-06-09

How to Cite

Yusifova Nazile Yusif qızı. (2025). Göytürk abidələrində analitik-flektiv dillərlə müştərək olan kök sözlər. Scientific Results, (10). Retrieved from https://ojs.publisher.agency/index.php/SR/article/view/6424

Issue

Section

Literature