ƏDƏBİYYAT DƏRSLƏRİNDƏ PEYZAJ LİRİKASININ TƏDRİSİ

Authors

  • Gülyaz Əbilhəsənli İlkin Azərbaycan Dövlət Pedaqoji Universitet

Keywords:

Peyzaj, lirika, təbiət, duyğu, poetika

Abstract

            “Ədəbiyyat dərsliklərində peyzaj lirikasının tədrisi” mövzusu müasir tədris prosesində mühüm yer tutan lirikanın bir qolunun-təbiətə həsr olunmuş poeziyanın məktəblilərə mənimsədilməsi yollarını araşdırır. Peyzaj lirikasında şairin təbiət hadisələrinə, mənzərələrinə duyğusal münasibəti ön plana çıxır. Bu növ lirika yalnız təbiətin gözəlliklərini deyil, həm də insanın daxili aləmini, ruh halını əks etdirmək baxımından dəyərlidir.

Ədəbiyyat dərsliklərində peyzaj lirikasının tədrisi şagirdlərdə estetik zövqün formalaşdırılması, təbiətə sevgilərinin artırılması, müşahidə qabiliyyətlərinin inkişafı və bədii dil duyumunun aşılanması baxımından əhəmiyyətlidir. Dərsliklərdə Məmməd Araz, Səməd Vurğun, Hüseyn Cavid, Bəxtiyar Vahabzadə, Məhəmmədhüseyn Şəhriyar və digər klassik və müasir Azərbaycan şairlərinin peyzaj lirikasına dair nümunələri yer alır. Bu nümunələr şagirdlərdə vətənə, təbiətə sevgi hisslərini dərinləşdirmək üçün tədris materialı kimi istifadə olunur.           

Tədris prosesində müəllimlərin bu şeirlərin ideya-məzmun və bədii-estetik xüsusiyyətlərini açıb göstərməsi, eyni zamanda interaktiv metodlarla şagirdləri poeziyanı hiss edərək oxumağa yönəltməsi vacibdir. Beləliklə, peyzaj lirikasının tədrisi təkcə ədəbi biliklərin deyil, həm də şəxsiyyətin mənəvi-estetik tərbiyəsinin formalaşdırılmasına xidmət edir.

Published

2025-06-09

How to Cite

Gülyaz Əbilhəsənli İlkin. (2025). ƏDƏBİYYAT DƏRSLƏRİNDƏ PEYZAJ LİRİKASININ TƏDRİSİ. Scientific Results, (10). Retrieved from https://ojs.publisher.agency/index.php/SR/article/view/6434

Issue

Section

Pedagogical Sciences