RƏQƏMSAL MARKETİNQİN KİÇİK VƏ ORTA BİZNESLƏRİN İNKİŞAFINA TƏSİRİ

Authors

  • QƏDİRLİ FUAD ŞİRZAD Bakı Biznes Universitetinin II kurs magistrantı, iznesin təşkili və idarə edilməsi (Marketinq üzrə)
  • C.Mirzayi i.ü.f.d.

Keywords:

rəqəmsal marketinq, KOB, biznesin inkişafı, rəqabət, marketinq

Abstract

Son illərdə rəqəmsal texnologiyaların sürətli inkişafı kiçik və orta biznes subyektlərinin fəaliyyət modelinə ciddi təsir göstərmişdir. Ənənəvi marketinq üsullarının effektivliyinin azalması KOB-ları rəqəmsal marketinq alətlərindən daha fəal istifadə etməyə məcbur etmişdir. Sosial media platformaları, axtarış sistemləri, kontent marketinqi və onlayn reklam mexanizmləri KOB-ların bazarda mövqelərinin möhkəmləndirilməsində və hədəf auditoriyaya daha çevik şəkildə çatmasında əsas rol oynayır. Rəqəmsal marketinq fəaliyyəti bizneslərin tanınma səviyyəsinin yüksəldilməsinə, müştəri münasibətlərinin gücləndirilməsinə və satış göstəricilərinin artmasına şərait yaradır. Eyni zamanda, bu fəaliyyətlər KOB-lara məhdud resurslardan daha səmərəli istifadə etməyə imkan verir. Məqalədə rəqəmsal marketinq alətlərinin kiçik və orta bizneslərin inkişafına təsiri nəzəri və analitik yanaşma əsasında araşdırılmış, mövcud problemlər və inkişaf imkanları müəyyən edilmişdir. Aparılan təhlillər göstərir ki, rəqəmsal marketinq strategiyalarının düzgün planlaşdırılması və optimallaşdırılması KOB-ların rəqabət qabiliyyətinin artırılmasında mühüm amildir.

Published

2026-01-12

How to Cite

QƏDİRLİ FUAD ŞİRZAD, & C.Mirzayi. (2026). RƏQƏMSAL MARKETİNQİN KİÇİK VƏ ORTA BİZNESLƏRİN İNKİŞAFINA TƏSİRİ. Scientific Results, (12). Retrieved from https://ojs.publisher.agency/index.php/SR/article/view/7608

Issue

Section

Economic Sciences