VERGİ QANUNVERİCİLİYİNİN POZULMASINA GÖRƏ MƏSULİYYƏT VƏ VERGİ TƏQSİRİNİN FORMALARI

Authors

  • İsayev Elniz Mübariz oğlu Maigstrant, Bakı Dövlət Universiteti

Keywords:

vergi hüququ, vergi məsuliyyəti, vergi qanunvericiliyi, vergi təqsiri, qəsd, ehtiyatsızlıq, vergidən yayınma

Abstract

Bu məqalədə vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət və vergi hüquqpozmalarında təqsirin formaları araşdırılır. Tədqiqatda vergi hüququnun anlayışı, hüquq sistemində yeri, Azərbaycanda formalaşma xüsusiyyətləri və vergi məsuliyyətinin hüquqi mahiyyəti təhlil olunur. Məqalədə vergi hüquqpozmasının obyekt, obyektiv tərəf, subyekt və subyektiv tərəf kimi tərkib elementləri izah edilir, təqsirin qəsd və ehtiyatsızlıq formaları müqayisəli şəkildə qiymətləndirilir. Eyni zamanda təbii fəlakət, xəstəlik, səlahiyyətli orqanların yazılı izahlarına əsasən hərəkət etmə və pozuntunun könüllü aradan qaldırılması kimi təqsiri istisna edən hallar nəzərdən keçirilir. Nəticədə müəyyən edilir ki, vergi məsuliyyətinin ədalətli tətbiqi üçün təqsirin düzgün müəyyənləşdirilməsi, hüquqi müəyyənlik prinsipinin qorunması və vergi ödəyicilərinin hüquqlarının təmin edilməsi mühüm əhəmiyyət daşıyır.

Published

2026-04-27

How to Cite

İsayev Elniz Mübariz oğlu. (2026). VERGİ QANUNVERİCİLİYİNİN POZULMASINA GÖRƏ MƏSULİYYƏT VƏ VERGİ TƏQSİRİNİN FORMALARI. Scientific Results, (13). Retrieved from https://ojs.publisher.agency/index.php/SR/article/view/8490

Issue

Section

Economic Sciences