DƏRİN ÖYRƏNMƏNİN PROQRAM MÜHƏNDİSLİYİ TƏCRÜBƏLƏRİNİN TƏKMİLLƏŞDİRİLMƏSİNDƏ TƏTBİQİ
Keywords:
dərin öyrənmə, proqram mühəndisliyi, maşın öyrənməsi, kod analizi, testləşdirmə, refaktorinq, böyük dil modelləriAbstract
Bu tədqiqat işində dərin öyrənmə texnologiyalarının proqram mühəndisliyi təcrübələrinin təkmilləşdirilməsində rolu araşdırılır. İşdə proqram mühəndisliyinin əsas mərhələləri, maşın öyrənməsi və dərin öyrənmənin bu sahəyə tətbiqi, həmçinin kod analizi, testləşdirmə, refaktorinq, texniki borcun azaldılması və proqram təminatının saxlanması istiqamətləri təhlil olunur. Tədqiqatda dərin öyrənmə modellərinin proqram kodundakı mürəkkəb nümunələri müəyyənləşdirmək, səhvləri proqnozlaşdırmaq, test proseslərini avtomatlaşdırmaq və kod keyfiyyətini artırmaq imkanları göstərilir. Eyni zamanda böyük dil modelləri və kod agentlərinin proqram mühəndisliyi proseslərinə təsiri müzakirə edilir. İşdə bu texnologiyaların Azərbaycan proqram mühəndisliyi mühitində tətbiq imkanları da qiymətləndirilir. Nəticə olaraq, dərin öyrənmənin proqram təminatının keyfiyyətinin yüksəldilməsi, məhsuldarlığın artırılması və proqram sistemlərinin daha səmərəli idarə olunması üçün mühüm vasitə olduğu müəyyən edilir.
Published
How to Cite
Issue
Section
License

This work is licensed under a Creative Commons Attribution-ShareAlike 4.0 International License.