Mədəniyyətimizin və mənəvi sərvətlərimizin böyük himayədarı

Authors

  • Arzu Süleymanova Azərbaycan Dövlət Pedaqoji Universitedi, Nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci, Pedaqogika müəlliməsi

Abstract

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir. Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir» söyləyən ulu öndər  Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu olmaqla mədəniyyətimizin, maddi-mənəvi sərvətlərimizin də  qoruyucusu kimi  xalqımıza xidmət etmişdir. «Mədəniyyəti inkişaf etdirmək üçün milli ruhu yaşatmaq lazımdır» əqidəsi ilə xalqın mənəvi dəyərlərini, milli sərvətlərini qoruyan  Ulu Öndərin daim diqqət yetirdiyi amil  dəyişilməz idi: Soykökümüzün, tarixi sərvətlərimizin  təməlində   əsrlərdən qaynaqlanan mədəni irsimizə sadiqlik prinsipləri dayanmalıdır. İnanlara, xüsusilə gənc nəslə  müstəqilliyin nə qədər qiymətli olduğunu  tövsiyə edən Ulu Öndər bildirirdi ki, bunun üçün  hər kəs  ilk növbədə milli-mənəvi dəyərlərinin mahiyyətini, azərbaycançılığın,  mənsub olduğu Azərbaycan xalqının mədəniyyətinin, ədəbiyyatının, incəsənətinin,  elminin  insanlara verdiyi dəyəri  qiymətləndirməlidir.

Published

2023-10-02

How to Cite

Arzu Süleymanova. (2023). Mədəniyyətimizin və mənəvi sərvətlərimizin böyük himayədarı . Scientific Research and Experimental Development, (4). Retrieved from https://ojs.publisher.agency/index.php/SRED/article/view/2178