Ötən əsrin son 10 illiyində dəzgah qrafikası sahəsində yeniliklər
Keywords:
Qrafika, dəzgah qrafikası, Müstəqillik dövrü Azərbaycan incəsənətiAbstract
Hələ müstəqilliyin keçid dövründə Azərbaycanda təsviri sənətin bütün sahələri kimi qrafikanın inkişafı üçün də önəmli addımlar atılmağa başlandı. Bu addımlar özünü əsərlərin mürəkkəbliyində, mövzu, ideya genişliyində istərsə də texniki ifadə vasitələrində göstərirdi. Qrafik rəssamların baş verən hadisələrə daha fəal şəkildə müdaxiləsi, gündəmə gətirilən ideyaların cəsarətliliyi, yeni ifadə vasitələrindən istifadə 1990-cı illərin qrafika sənəti üçün səciyyəvi olan xüsusiyyətlərdir. Həmin dövrdə dəzgah qrafikası ilə məşğul olan rəssamlardan Rafiq Mehdiyev, Cəmil Müfidzadə, Rasim Babayev, Arif Ələsgərov, Adil Rüstəmov, Arif Hüseynov, Rasim Nəzirov, Sənan Qurbanov, Vaqif Ağayev, Mirteymur Məmmədov, İsmayıl Məmmədov, Əşrəf Heybətov, Ramiz Talıbov, Bəyim Hacıyeva, Heybət Babayev, Elçin Orucov, Mətanət Aslanova, Nigar Axundova, Vəfa Rüstəmova, Rəşad Qasımzadə, Mahmud Rüstəmov, Vüqar Muradov, Araz Mirhadi, Rasul Hüseynov və başqalarının yaradıcılıqları dövrün xüsusiyyətlərini özündə əks etdirməklə yanaşı, qazandığı uğurlar baxımından da olduqca əhəmiyyətlidir.
Məqalə ötən əsrin son on illiyində dəzgah qrafikasına müraciət etmiş yaradıcıların əsərlərinin təhlilini verməklə, dövrün xarakteristikasını göstərir.