TARİX DƏRSLƏRİNDƏ QİYMƏTLƏNDİRMƏ VƏ ONUN TƏTBİQİ MƏSƏLƏLƏRİ
Abstract
XX əsrin sonlarından etibarən təhsildə keyfiyyətin qiymətləndirilməsi ilə bağlı yeni yanaşmalar irəli sürüldü. Bu yanaşmalar təhsil sahəsində şagirdlərin təlimdəku göstəricilərinin rolunu və əhəmiyyətini yüksəldir, onu müxtəlif amillərlə əlaqələndirir:
- Təhsil Nazirliyi tərəfindən optimal tədris-təcrübi layihələrin hazırlanması və həyata keçirilməsi;
- ümumtəhsil müəssisələri rəhbərlərinin səriştəli nəzarət və idarəetmə mövqeyi nümayiş etdirməsi;
- təlimin səmərəli təşkili;
- təhsilalanların zəruri tələbatlarının yerinə yetirilməsi;
- maddi-texniki təchizata müvafiq qiymətləndirmə vasitələri ilə təmin olunma.
Uzun illər pedaqoji ədəbiyyatda, eləcə də məktəb təcrübəsində qiymətləndirmə məfhumuna yalnız təhsilalanların təlim müvəffəqiyyətinin pedaqoqlar tərəfindən aşkara çıxarılması vasitəsi kimi yanaşılmışdır. Əslində qiymətləndirmə fərz edilən qədər məhdud mexanizm deyil, onun geniş bir anlayış olduğunu, nə qədər əhəmiyyətə malik olduğunu yalnız şagirdlərin nailiyyət göstəricisi kimi deyil, habelə ümumilikdə pedaqoji kadrlar kollektivinin hər birinin məktəbə rəhbərliyi, fərdi yanaşıldıqda təlim prosesinin, məktəbdənkənar, sinifdənxaric tədbirləri, şagirdlərin davranışını, valideyn-məktəb əlaqələrinin səviyyəsinin monitorinqi və qiymətləndirilməsini əhatə etdiyini aydınlaşdırmaq mümkündür.
Published
How to Cite
Issue
Section
License
This work is licensed under a Creative Commons Attribution-ShareAlike 4.0 International License.