Ailədə və məktəbdə estetik tərbiyənin məqsədi

Authors

  • Rəfiyeva Xuraman Əli qızı Baş müəllim, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialı, Orcid 0000-0001-9887-4619

Keywords:

məktəbəqədər dövr, təlim-tərbiyə prosesi, estetik tərbiyə, yaş xüsusiyyətləri

Abstract

Estetika fəlsəfi təfəkkürün bir qolu kimi öz mənşəyini uzaq keçmişdən alır və XVIII əsrə qədər hüsniyyat, gözəllik elmi və yaxud poetika adı ilə öyrənilir. Estetikanın bizə məlum olan 2500 illik tarixi vardır. Estetika ardıcıl və sistemli olaraqilk dəfə klassik yunan filosoflarının əsərlərində işlənmişdir. Böyüyən nəsildə bədii yaradıcılıq bacarıq və vərdişləri, bədii-estetik qabiliyyətləri inkişaf etdirmək. Şagirdlər incəsənətin bu və ya digər sahəsində müəyyən bacarıqlara yiyələnməli (musiqi alətində çalmaq, rəqs etmək, şəkil çəkmək, şer və ya hekayə yazmaq, bədii oxu və bədii tikişlə məşğul olmaq və s.), həyata, cəmiyyətə gözəllik ünsürləri bəxş etməlidirlər. Bu, həm də insanın özünütəsdiqinin mühüm şərtini təşkil edir

Published

2024-11-25

How to Cite

Rəfiyeva Xuraman Əli qızı. (2024). Ailədə və məktəbdə estetik tərbiyənin məqsədi. Scientific Research and Experimental Development, (8). Retrieved from https://ojs.publisher.agency/index.php/SRED/article/view/4691