Valideyn mövqelərinin uşaq şəxsiyyətinin inkişafına təsiri
Keywords:
valideyn mövqeyi, avtoritar, demokratik, hədsiz qoruyucu, mükəmməliyyətçiAbstract
Uşaq şəxsiyyətinin inkişafı problemi uşaq psixologiyasının daim araşdırılan problemidir. Uşaq ailədə dünyaya gəlir və ilkin olaraq ailə üzvləri ilə, xüsusən də valideynləri ilə ünsiyyət qurur. Həyata, insanlara, əşyalara dair hər bir şeyi uşaq ailədə münasibətlər axarında mənimsəyir və şəxsiyyətini inkişaf etdirir. Tədqiqat işində valideyn-uşaq münasibətlərində davranış tərzinin, uşaq şəxsiyyətinin inkişafına təsiri məsələsi araşdırılmışdır. Valideynlərin uşaqları ilə qurduqları münasibətlər, davranış tərzləri onların şəxsiyyətində bəzi xarakterik xüsusiyyətlərin formalaşmasına səbəb olur. Tədqiqat işində demokratik, avtoritar, həddindən artıq yumşaq, həddindən artıq qoruyucu, qeyri-sabit, mükəmməliyyətçi və rəddedici valideyn mövqelərinin uşaq şəxsiyyətində nə kimi xüsusiyyətlərin formalaşmasına səbəb olduğu araşdırılmışdır.
Published
How to Cite
Issue
Section
License
This work is licensed under a Creative Commons Attribution-ShareAlike 4.0 International License.