Used in modern decorative-art fields ornament and patterns
Keywords:
dekorativ – tətbiqi sənət, xalçaçılıqda ornament, naxış, məzmun, formaAbstract
Azərbaycanda dekorativ-tətbiqi sənət qədim tarixə malikdir. Yurdumuzun zəngin təbiəti və gözəllikləri müxtəlif sənət növlərinin inkişafı üçün əlverişli şərait yaratmışdır. Ulu babalarımız hələ keçmiş zamanlarda təbiətdə mövcud olan ən adi şeylərdən: qamışdan, ağacdan, daşdan, gildən, heyvan sümüyü, dərisi və yunundan məişət ehtiyacları üçün əhəmiyyətli əşyalar düzəltmiş, onlardan istifadə etmişlər. Həmin əşyaların üzərində müxtəlif əsrlərə aid rəsmlərə və ornament ünsürlərinə rast gəlinir. Əgər bu əşyaların materialı, forması - bir sözlə, icrası bizə müxtəlif dövrlərdə istehsal prosesinin təşkilindən, təkmilləşməsindən xəbər verirsə, onların üzərindəki rəsm və naxışlar əcdadlarımızın həyat tərzini, adət - ənənələrini, dini ayinlərini və bədii zövqünü əks etdirən nadir incilərdir. Tarixi inkişaf prosesində tədricən Azərbaycanda dekorativ-tətbiqi sənətininin dulusçuluq, ağac və şüşə məmulatlar istehsalı, daş, ağac və kəc üzərində oyma, bədii metal işləmə, bədii parça və tikmələr, toxuculuq, xalçaçılıq, zərgərlik və digər sahələri inkişaf etməyə başlamışdır.
Published
How to Cite
Issue
Section
License

This work is licensed under a Creative Commons Attribution-ShareAlike 4.0 International License.