Müasir dilin norması

Authors

  • Yusifova Nazile AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİ

Abstract

Dil norması tarixi bir kateqoriya kimi dil kollektivində yaranır, dəyişir və inkişaf edir. “Dil normasının anlaşılması, eləcə də onun xarakteri və formaları tarixən dəyişkəndir, lakin hər hansı trixi situasiyada bizim fikrimizcə iki cəhəti fərqləndirmək olar. Bunları məhz, həm qanunauyğun və həm də müntəzəm normativ realizasiyalar kimi başa düşmək olar” [26, 563].

Dildə tarixi dəyişmələrin səbəbləri müxtəlif ola bilər. Ancaq dilin hər hansı sinxron tarixi dövründə dəyişmələr nəzərə çarpmır. Müəyyən tarixi dövr ötdükdən sonra dəyişmələr artıq görünməyə başlayır. Məsələn, deyək ki, bu gün Azərbaycan dilinin müasir normalılığında tarixi dəyişkənlik görünmür. Ancaq dilin heç neçə əsr bundan əvvəlki dövrünü bu gün ilə müqayisə etdikdə fərq özünü göstərir. Məsələn, klassik ədəbiyyatımızda işlənmiş sayru (xəstə), düşvar (çətin), qılavuz (bələdçi), uçmaq (cənnət), udlu (utancaq, həyalı), göymək (yanmaq), dün (gecə), yazı (çöl) kimi köhnəlmiş sözlər bu gün müasir Azərbaycan dili üçün norma hüquqlu deyildir.

Published

2025-03-10

How to Cite

Yusifova Nazile. (2025). Müasir dilin norması. Scientific Research and Experimental Development, (9). Retrieved from https://ojs.publisher.agency/index.php/SRED/article/view/5473