FRANSIZ DİLİNDƏ NİDALARIN MƏNA NÖVLƏRİ VƏ İŞLƏNMƏ MƏQAMLARI
Keywords:
Nida cümləsi, intonasiya, nida sözləri, cümlə növləri, işlənmə formaları, onomotopelər, köməkçi söz, feilsiz cümlələr, yarımçıq cümlələrAbstract
Məqalədə əsas olaraq fransız dilində nidaların məna növlərindən və işlənmə məqamlarından söhbət gedir. Nida cümlələrinin müxtəlif dilçilər tərəfindən araşdırılmasından və bu araşdırmaların mübahisə doğurmasından danışılır.
Məqalədə nida cümlələrinin bir sıra növləri olduğu vurğulanır. İntonasiya ilə ifadə olunan nida cümlələri, tamamlanmamış nida cümlələri,
bir nida sözündən ibarət olan nida cümlələri. Bunlar özləri də iki yerə bölünürlər. Bir neçə göstəricilərlə bağlanan vasitəli nida cümlələri və vasitəsiz nida cümlələri.
Eyni zamanda məqalədə morfoloji və semantik cəhətdən nidaların iki qrupa ayrıldığı göstərilir. Birinci qrupa daxil olan nidalara əsas olaraq ilkin nidalar aiddir bunlara onomotopelər daxildir. İkinci dərəcəli nidalara feilə, isimə, sifətə aid olan nidalar daxildir. Məqalədə nidaların kontekstə uyğun müxtəlif mənalar ifadə etdiyi də göstərilir. Nida cümlələrinin digər cümlə növlərindən necə fərqləndiyinə də diqqət çəkilir.
Published
How to Cite
Issue
Section
License

This work is licensed under a Creative Commons Attribution-ShareAlike 4.0 International License.