Litosfer plitələrinin müasir hərəkəti
Keywords:
Litosfer, plitə, hərəkət, mantiya, aktiv zonalar, geoloji inkişafAbstract
Yer səthi insan gözü ilə sakit görünür, lakin əslində o daim hərəkətdədir. Bu hərəkətlərin əsas səbəbi Yer qabığının quruluşu və onun üzərində yerləşən litosfer tavalarının (plitalarının) fəaliyyətidir. Litosfer tavalarının hərəkəti geologiyanın ən mühüm sahələrindən biri olan platetektonika nəzəriyyəsi ilə izah olunur. Bu nəzəriyyəyə görə Yer qabığı böyük və kiçik plitələrdən ibarətdir və bu plitələr daim hərəkət edir. Onların toqquşması, uzaqlaşması və sürtünməsi nəticəsində dağların formalaşması və okean hövzələrinin yaranması, vulkan püskürmələri baş verir, zəlzələlər müşahidə olunur. Bu proseslər Yer kürəsinin geodinamik inkişafında mühüm rol oynayır. Yer kürəsi daim hərəkətdə olan dinamik bir sistemdir. Müasir dövrdə elmi araşdırmalar göstərir ki, bu hərəkətlər hələ də aktiv şəkildə davam edir və Yer kürəsinin simasını dəyişməkdədir
Published
How to Cite
Issue
Section
License

This work is licensed under a Creative Commons Attribution-ShareAlike 4.0 International License.