Tarixin yaddaşında və dünyanın diqqətində - Azərbaycan multikulturalizmi
Keywords:
Years of independence, multiculturalism, ethnic groups, nations, living culture, nationality, tolerance, cultural diversityAbstract
Müasir dövrdə dünya dövlətlərinin qarşısında duran ən başlıca vəzifələrdən biri müxtəlif din və mədəniyyətlərə mənsub insanların sülh və əmin-amanlıq şəraitində yaşamasının təmin edilməsidir. Müasir dövrdə dünyanın müxtəlif bölgələrində baş verən hadisələr mədəniyyətlərin müxtəlifliyini qəbul etməyən, digər din və mədəniyyətlərin nümayəndələrinin adət-ənələrinə, həyat tərzinə, əqidə və düşüncəsinə hörmətlə yanaşılmayan cəmiyyətlərdə davamlı sabitliyə və inkişafa nail olmağın qeyri-mümkün olduğu aşkar görünür. Bu səpkidə qarşıdurma və münaqişələrin baş verməməsi üçün insanlarda digər mədəniyyətlərə qarşı dözümlülük və hörmət xüsusiyyətləri gücləndirilməlidir. Danılmaz faktdır ki, Azərbaycan xalqının tarix boyu digər mədəniyyətlərə dözümlü münasibəti onun təbiətindən, insanpərvərliyindən və xoş məramlığından irəli gəlir. Azərbaycan qədim zamanlardan müxtəlif dinlərin, dini cərəyanların yayıldığı, qovuşduğu, qarşılıqlı anlaşma şəraitində yaşadığı və əməkdaşlıq etdiyi bir məkandır. Mədəni, etnik, dini və s. müxtəlifliklər düzgün tənzimlənmədikdən cəmiyyətin inkişafında natarazlıq baş verir. Bu müxtəlifliklərin tənzimlənməsinin düzgün modellərindən biri multikulturalizmdir. Multikulturalizm tərcümədə çoxmədəniyyətlilik deməkdir. Çoxmədəniyyətlilik dedikdə isə ilk növbədə etnik, irqi, dini və mədəni müxtəlifliklər, bu müxtəlifliklərin əsasını təşkil edən dəyərlər nəzərdə tutulur. Multikulturalizm 1960-cı illərin sonunda Kanadada meydana gəlsədə, termin kimi1970-ci illərdə əks olunur. The Harper Colins sosiologiya lüğətində (1991) Multikulturalizmin belə bir tərifi verilir: “Multikulturalizm – bir çox cəmiyyətlərin xüsusiyyəti kimi plüralizmin mövcudluğunun etiraf olunması və inkişafı deməkdir