MALİYYƏ BAZARLARI VƏ ONLARIN İNKİŞAFI
Keywords:
Financial market, money, financial market models, stock exchanges, commoditiesAbstract
Biz qarşımıza bazar münasibətləri şəraitində maliyyə bazarlarının təhlili və proqnozlaşdırılmasının kompleks təhlil edib qiymətləndirmək və maliyyə bazarının iqtisadi inkişafında rolunun artırılması istiqamətində elmi cəhətdən əsaslandırılmış təklif və tövsiyələr işləyib hazırlamaq qoymuşuq. Bunun üçün bir sıra vəzifələrin yerinə yetirilməsi qarşıya qoyulmuşdur:
- Maliyyə bazarlarının mahiyyətinin tətqiqi;
- Maliyyə bazarlarının formalaşması və fəaliyyət mexanizminin araşdırılması;
- Maliyyə bazarlarının qarşılıqlı əlaqəsinin təhlili;
- Maliyyə bazarlarının tənzimlənməsi və proqnozlaşdırılmasının tətqiqi;
- Azərbaycanda maliyyə bazarlarının fəaliyyətinin araşdırılması;
- Maliyyə resursları, onların formalaşması və istifadəsinin təhlili;
- Maliyyə bazarlarının tənzimlənməsi üçün təklif və tövsiyələr hazırlanması;
Maliyyə bazarı alınıb satılan “əmtəə” maliyyə resurslarıdır. Ölkədə maliyyə bazarlarının təhlili, araşdırılması və proqnozlaşdırılması ona görə əhəmiyyətlidir ki, onun tərkibinə pul, kredit və qiymətli kağızlar bazarı daxildir. Hazırda Respublikanın maliyyə bazarında pul ehtiyatlarını bir sahədən digər sahəyə yönəltməklə iqtisadiyyatda struktur dəyişiklikləri aparmaq, səmərəli sahələrə kapital axını təmin etmək mümkündür. Bu da öz növbəsində maliyyə bazarının inkişaf etdirilməsinə böyük imkanlar yaradır, təkan verir. Maliyyə bazarının iqtisadiyyat üçün daha əhəmiyyətli olmasını nəzərə alaraq, hökumət iri miqyaslı tədqiqatların aparılmasını, onun inkişaf istiqamətlərinin müəyyən edilməsini və respublikada qiymətli kağızlar bazarının formalaşmasını qarşıya bir vəzifə kimi qoyur. Lakin bu istiqamətdə ölkədə maliyyə bazarının inkişafı və onun inkişafına təsir edən məsələlər kifayət qədər öyrənilməyib.