ALTIAYLIQ HEYVANLARIN BAŞ BEYNİNİN TOXUMA HOMOGENATINDA NEYROMEDİATORLARIN METABOLİZMİNƏ ETANOLUN TƏSİRİ

Authors

  • Ülviyyə Çingiz qızı Aslanova Azərbaycan Dövlət Pedaqoji Universiteti, Müəllim

Keywords:

alkoqol, etanol, sindrom, kompensator, toksin, prenatal, ontogenez, fetal

Abstract

Tədqiqat prenatal ontogenezdə  alkoqolun 1q/kq, 3.5q/kq və 5.6 k/kq dozasının təsirinə məruz qalmış analatrdan alınmış altıaylıq heyvanlarda aparılmışdır. Neyromediator amin turşularının  miqdarı baş beynin yarımkürələri qabığından, beyincikdən, beyin sütunundan və hipotalamusdan alınmış toxuma homogenatında təyin olunmuşdur. Aminturşuların  (QAYT,Qlu və Asp-nın) fraksiyalarına ayrılması yüksək gərginlikli elektroforez üsulu ilə aparılmışdır. Neyromediatorların  miqdarının təyini kontrol və təcrübə heyvanlarında müqayisəli şəkildə öyrənilmişdir. Alkoqolun təsirindən baş beynin müxtəlif strukturlarında QAYT,Qlu və Asp-nın miqdarında azalma qeydə alınmışdır. Neyromediatorların miqdarında ən kəskin dəyişilmələr alkoqolun  yüksək dozasının (5.6q/kq) təsirindən sonra yaranır.

Published

2022-11-20

How to Cite

Ülviyyə Çingiz qızı Aslanova. (2022). ALTIAYLIQ HEYVANLARIN BAŞ BEYNİNİN TOXUMA HOMOGENATINDA NEYROMEDİATORLARIN METABOLİZMİNƏ ETANOLUN TƏSİRİ. World Scientific Reports, (1). Retrieved from https://ojs.publisher.agency/index.php/WSR/article/view/314

Issue

Section

Biological Sciences