AZƏRBAYCANDA AQRAR SEKTORDA İNFORMASİYA-KOMMUNİKASİYA TEXNOLOGİYALARINDAN İSTİFADƏNİN MÖVCUD VƏZİYYƏTİ

Authors

  • Hacıyeva Nüşabə Aslan qızı “Marketinq” kafedrasının dosenti, i.f.d., dosent, Azərbaycan Texnologiya Universiteti, Gəncə ş., Azərbaycan
  • Babakişiyeva Sevinc Firuddin qızı “Marketinq” kafedrasının baş müəllimi, Azərbaycan Texnologiya Universiteti, Gəncə ş., Azərbaycan
  • Abbasova Günel Əhməd qızı “Marketinq” kafedrasının assistenti, Azərbaycan Texnologiya Universiteti, Gəncə ş., Azərbaycan
  • Paşa Arzu Tahir qızı “Dizayn” kafedrasının assistenti, Azərbaycan Texnologiya Universiteti, Gəncə ş., Azərbaycan

Abstract

Ölkəmizdə aqrar sahənin inkişafının sürətləndirilməsi və burada olan mövcud imkanlardan istifadə olunması vacib şərtlərdəndir. Aqrar sahə hazırda kifayət qədər geniş əraziləri, resursları və məşğulluq baxımından çoxlu sayda fəaliyyət istiqamətlərini özündə birləşdirir. Kənd təsərrüfatının müxtəlif, həm də kifayət qədər vacib olan sahələrinin inkişaf problemləri, bu sahənin texnika və müasir texnologiyalarla təminatı məsələləri, emal müəssisələrinin yaradıl­ması, istehsal və emal zənciri üzrə proseslərin səmərəliliyinin təmin olunmasından bütövlükdə aqrar sahənin nə dərəcədə məhsuldar fəaliyyət göstərməsi və rasionallığı mümkünləşir. Düzdür, son illərdə aqrar sahənin tərkib hissəsi kimi meşə təsərrüfatı və balıqçılıq da baxılır və bunlar aqrar sahənin fəaliyyət dairəsinin genişliyindən, eyni zamanda resurs potensialının müxtəlifliyin­dən irəli gəlir. Bizim tədqiqat işində başlıca məqsədimiz aqrar sahədə İKT-nin iqtisadi səmərəliliyinin artırılması istiqamətlərinin müəyyənləşdirilməsi olduğundan, geniş spektrdə və bütün istiqamətlər üzrə təhlillərin aparılması və adekvat olaraq qiymətləndirilməsi mürəkkəb vəzifədir. Bu amillərdən çıxış edərək, ən azından aqrar sahənin fəaliyyətində ciddi önəm kəsb edən istiqamətlərin təhlilinə, o cümlədən kənd təsərrüfatı üzrə ümumi göstəricilərin müəyyən hissəsinə, mühüm aqrar məhsullarla özünütəminetmə səviyyəsinə və s. bu kimi göstəricilərin dinamikasının baxılmasına və müqayisəli təhlilinə üstünlük vermişik.

Published

2022-11-20

How to Cite

Hacıyeva Nüşabə Aslan qızı, Babakişiyeva Sevinc Firuddin qızı, Abbasova Günel Əhməd qızı, & Paşa Arzu Tahir qızı. (2022). AZƏRBAYCANDA AQRAR SEKTORDA İNFORMASİYA-KOMMUNİKASİYA TEXNOLOGİYALARINDAN İSTİFADƏNİN MÖVCUD VƏZİYYƏTİ. World Scientific Reports, (1). Retrieved from https://ojs.publisher.agency/index.php/WSR/article/view/333

Issue

Section

Economic Sciences