AZƏRBAYCAN DİLİNİN FONETİK NORMALARI

Authors

  • ABDULLAYEVA SƏMİNƏ SABİR qızı AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİ

Abstract

Azərbaycan dilinin danışıq-nitq prosesi tarixən çox-çox qədimlərə malik olduğu üçündür ki, bütün sait və samit fonemlərin tələffüz normalarında saflaşma yaranmışdır. Belə ki, məsələn, hər bir nitq səsi ayrıca bir vahid təşkil edir, onların ifadə formasında kütləvi variantlıq baş verməmişdir. Müqayisə üçün demək lazımdır ki, məsələn, rus dilində norma kimi saf ş səsi olduğu halda bir də qoşa tələffüz yaradan ş (iş), ü (ts) kimi qovuşuq (affrikat) səslər də mövcuddur. Ərəb dilində isə s səsinin üç (…, …., ….), t səsinin (…., …), z səsinin dörd (.., …, …, …) variantda tələffüzü mövcuddur. Azərbaycan dilində isə səslərin tələffüz  variantı ancaq dialekt-şivə xarakterlidir. Məsələn, Qərb qrupu dialekt və şivələrində x/ (ph), vely          ar (dilarxası kar) ɳ, Ordubad-Şahbuz şivələrində ü (qovuşuq te), Cəbrayıl, Ordubad, zəngilan, İsmayıllı şivələrində dişarası ž, Zaqatala şivəsində qoşadodaq w səsinin işlənməsinə təsadüf edilir . Buna baxmayaraq yazı qaydalarında həmin fərqli səs işarələrinin qeydə alınması nəzərdə tutulmamışdır. Ona görə də yazı qaydalarında ancaq ümumi dil üçün saflaşmış elementlərdən istifadə edilir. Azərbaycan dilinin yazı-orfoqrafiya qaydaları ilə müqayisədə düzgün danışıq-orfoepiya qaydalarında demək olar ki, tam sabitlik müşahidə edilmir. Orfoepiya sözlüklərində düzgün tələffüz üçün nəzərdə tutulan qaydalar bir çox hallarda şəxsi müşahidənin nəticəsi olduğu üçün bir-birindən fərqlənir. Üstəlik, 2021-ci ildə Azərbaycan respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş qaydalarda mübahisəli məsələlər aşkarlanaraq onların barəsində diskusiyalar aparılır. Orfoepiya qaydalarına aid lüğətlərdə bir-biri ilə uyğun gəlməyən bir çox məqamlar vardır ki, onların bəzilərini aşağıdakı kimi mübahisələndirmək olar. Məsələn, Ə.Dəmirçizadə sonu q ilə bitən sözlərdə q səsinin x kimi (papaq-papax, otaq-otax, aldıq-aldıx, olacaq-olacax, artıq-artıx, qulluq-qullux) sonu k ilə bitən sözlərdə isə k samitinin x/ (uh) tələffüzünə keçidini orfoepik norma kimi qəbul edir.  Ə.Əfəndizadənin tərtib etdiyi “Orfoqrafiya- orfoepiya-qrammatika lüğəti”ndə də oxşar nümunələrə rast gəlmək olur. Bu lüğətdə qeyd olunduğuna görə sonu q ilə bitən sözlərdə q samitinin x kimi (aldanmaq-allanmax, arıqlamaq-arıxlamax, buyruq-buyrux, qabıq-qabıx, qayıq-qayıx), k samitinin isə x/ kimi tələffüzü orfoepiya norması kimi (böyrək-böyrəx/, çörək-çörəx/) verilir .

Published

2024-05-12

How to Cite

ABDULLAYEVA SƏMİNƏ SABİR qızı. (2024). AZƏRBAYCAN DİLİNİN FONETİK NORMALARI. World Scientific Reports, (6). Retrieved from https://ojs.publisher.agency/index.php/WSR/article/view/3557

Issue

Section

Philological Sciences