VIII SİNİFDƏ “QAZAN BƏYİN OĞLU URUZ BƏYİN DUSTAQ OLDUĞU BOY” UN TƏDRİSİ
Keywords:
“Dədə Qorqud”, tədris, dərs, dərslik, metodik vəsaitAbstract
“Kitabi-Dədə Qorqud” dastanı bu gün də öz ədəbi-bədii dəyərini qoruyub-saxlamaqdadır. Dastanın tədrisinin müasir dövrümüz üçün əhəmiyyəti çox böyükdür.
Bu məqalə dastanın ”Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boy”unun tədrisinə həsr olunmuşdur. Metodik ədəbiyyatda və vəsaitdə boyun tədrisi ilə bağlı tövsiyə olunan fikirlərə nəzər salınmışdır.
Orta məktəbdə iki məzmun, bir təhlil olmaqla, mövzunun tədrisinə üç saat vaxt ayrılmışdır. Məqalədə hər üç dərs fəal/interaktiv təlimin tələblərinə uyğun olaraq qurulmuşdur.
Nəticə hissəsində dərsin hər dəqiqəsindən səmərəli şəkildə istifadə edilməsinin vacibliyindən danışılmışdır. Burada müəllimin hər hansısa metod və iş formasını seçərkən özünün real imkanlarını, şagirdlərin ümumi səviyyəsini, həmçinin qarşıya qoyduğu məqsədi diqqət mərkəzində saxlamalı olduğu barədə fikirlər də əksini tapmışdır.
Published
How to Cite
Issue
Section
License

This work is licensed under a Creative Commons Attribution-ShareAlike 4.0 International License.