PAXLALI DƏNLƏRİN UNUNDAN İSTİFADƏ EDƏRƏK ÇÖRƏK-BULKA MƏMULATLARININ QİDALILIQ DƏYƏRİNİN ARTIRILMASI
Keywords:
paxlalı dənlər, paxlalı un, çörək-bulka məmulatları, qidalılıq dəyəri, zülal, qida lifləri, mineral maddələr, funksional qida, sağlam qidalanma, buğda unuAbstract
“Paxlalı dənlərin unundan istifadə edərək çörək-bulka məmulatlarının qidalılıq dəyərinin artırılması” mövzusu müasir qida sənayesində sağlam və funksional məhsulların hazırlanması baxımından aktualdır. Paxlalı bitkilər, xüsusilə noxud, mərci, lobya və soya yüksək miqdarda bitki mənşəli zülal, qida lifləri, mineral maddələr və vitaminlərlə zəngindir. Bu səbəbdən onların un şəklində çörək-bulka məmulatlarının tərkibinə əlavə edilməsi məhsulun bioloji və qidalılıq dəyərini artırır.
Tədqiqatın əsas məqsədi paxlalı dən unlarının çörək-bulka məmulatlarının keyfiyyətinə, kimyəvi tərkibinə və qida dəyərinə təsirini araşdırmaqdır. Bu unların buğda unu ilə müəyyən nisbətlərdə qarışdırılması nəticəsində məhsulun zülal miqdarı artır, lif tərkibi yüksəlir və daha faydalı qida məhsulu əldə olunur. Eyni zamanda belə məhsullar sağlam qidalanma, uşaq və pəhriz qidası üçün də əhəmiyyətli hesab edilir.
Published
How to Cite
Issue
Section
License

This work is licensed under a Creative Commons Attribution-ShareAlike 4.0 International License.