Təfəkkür keyfiyyətlərinin inkişafına dair

Authors

  • Elnarə Şahbazzadə Bakı Dövlət Universitetinin Sosial və pedaqoji psixologiya kafedrasının doktorantı

Abstract

      Kiçik məktəbli yaş dövründən fərqli olaraq  yeniyetməlik  yaşı döv­rü əsasən erkən gənclik yaş dövrünü əhatə edir və onunla fərq­lə­nir ki, o faktiki olaraq özündə uşaqlıqdan yetkin yaşa keçid döv­rü­nü  ehtiva edir. Yeniyetməlik  yaş dövrünün psixoloji me­xa­nizmlərinə nəzər saldıqda görürük ki, bu dövr şagirdin özü­nü­dərk­etməsinin, dünyagörüşünün formalaşmasının, peşə seç­mək və gələcək həyata hazırlaşmasının əsasını təşkil edir və bio­loji, psi­xo­lo­ji, psixoseksual və sosioloji amillərin təsiri altında inkişaf edib for­malaşır. Yeniyetməlik dövründə təfəkkür keyfiyyətlərinin  psixoloji əsasları keyfiyyət dəyişikliklərinə məruz qalır. Nəticədə, yeniyetmələr fikirlərini daha aydın, məntiqi və tənqidi şəkildə formalaşdırmağa başlayırlar. Bu proses həm şəxsi, həm də sosial baxımdan uğur qazanmaqda mühüm rol oynayır. Yeniyetməlik dövründə təlim fəaliyyəti həm məzmun, həm də forma cəhətdən yeni xüsusiyyətlərə malik olur, daha ciddi və dərk­olunmuş xarakter daşıyır. Burada ilk öncə  yeniyetmələrdə  təfəkkür və onun əsas anlayışlarının təzahür xüsusiyyətlərinin psi­xoloji təsvirinə qısaca nəzər salaq. İnsan nəinki ətraf aləmi qav­ra­­yır, eyni zamanda onu başa düşməyə, anlamağa da çalışır. An­la­maq pred­met və an­layış­la­­rın­ mahiyyətinə varmaq,onlarda mövcud olan ən əsas şey­ləri dərk etməkdir. Bu yaş dövründə idrak pro­ses­lə­­­ri yeni keyfiyyətlər kəsb edir, xüsusilə də təfəkkür əsaslı surətdə də­yişib inkişaf edir, çünki böyük məktəb və ya erkən gənclik yaşıəqli qabiliyyətlərin inkişafının mühüm mərhələsidir. Bu nöqteyi-nə­zər­dən onların təfəkküründə əsaslı yüksəliş baş verir [3].

Published

2026-08-30

How to Cite

Elnarə Şahbazzadə. (2026). Təfəkkür keyfiyyətlərinin inkişafına dair . World Scientific Reports, (14). Retrieved from https://ojs.publisher.agency/index.php/WSR/article/view/9224

Issue

Section

Pedagogical Sciences