Manatın dəyərinə təsir edən amillər
Keywords:
Financial market, money, exchange rate of manat, stock exchange price of oil, stock exchanges, commodityAbstract
Dolların qlobal bazarlarda möhkəmlənməsi regional valyutalara ən azı psixoloji təsirsiz ötüşmür. Azərbaycan Mərkəzi Bankının ilin əvvəlində təşkil etdiyi hərraclarda dollara tələb aşağı idisə artıq xarici valyuta alıcıların sayı artmaqdadır. Mərkəzi Bank martın 7-də 44.8 milyon, martın 2-də 51.7 milyon, fevralın 28-də 42.7 milyon dolları hərraclarda satıb. Bütövlükdə, fevral ayında dollara tələbin yenidən yaranması müşahidə olunub.
Aydındır ki, manatın məzənnəsinə təsir göstərən əsas iqtisadi faktorlar ölkəyə daxil olan valyutanın həcmi, eyni zamanda dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan valyutanın məbləğidir. Valyutaya olan tələbin əhəmiyyətli hissəsi Dövlət Neft Fondu tərəfindən ödənilir. Bu baxımdan Neft Fondunun hərraca çıxartdığı vəsaitlərin həcmi dollara olan tələbin ödənilməsində çox önəmlidir.
Maliyyə Nazirliyinin 2022-2025-ci illər üçün makrofiskal çərçivə, həmçinin, gələn ilin icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasından görünən həm də budur ki, manatın ABŞ dollarına nəzərən dəyəri mümkün dərəcədə sabit, yəni 1 dollar = 1.70 azn məzənnəsində saxlanacaq. Əbəttə, milli valyutanın dəyərini qorumaq, başqa sözlə, nəzarətdə saxlamaq vacib sayılır. Ancaq iş ondadır ki, normal bazar mexanizmi mühitində çalışan bir iqtisadi sistem şəraitində bu, eyni nöqtədə və yaxud məzənnədə donub qalmağa ehtiyac yaratmır və yaratmalı da deyil.