QILMAN İLKİNİN “İNTİQAM” HEKAYƏSİNİN FƏAL DƏRSİN MƏRHƏLƏLƏRİ ÜZRƏ TƏDRİSİ

Authors

  • Günel Mirzə qızı İsmayılzadə Azərbaycan Dövlət Pedaqoji Universiteti, Ədəbiyyatın tədrisi texnologiyası kafedrasının böyük laborantı

Keywords:

ədəbiyyat, hekayə, tədris, standartlar, təlim nəticələri

Abstract

Qılman İlkinin “İntiqam” hekayəsi ümumtəhsil məktəblərinin 9-cu sinfində tədris edilir. Əsərdə Qarabağ müharibəsinin dəhşətlərindən bəhs olunur. Hekayənin tədrisinə 3 saat ayrılmışdır: Məzmun üzrə iş, Təhlil üzrə iş, Tətbiq. Müzakirə. Yaradıcı iş. Məzmun üzrə iş zamanı şagirdlər əsəri oxuyur, onun ümumi məzmunu ilə tanış olur. Təhlil üzrə iş zamanı şagirdlər əsərdəki obrazları ayrı-ayrılıqda təhlil edir, əsərdəki başlıca fikri – ideyanı müəyyənləşdirir. Təhlil üzrə dərsdə əsərin adına da diqqət yetirilir. Sonuncu dərsdə isə şagirdlər əvvəlki dərslərdə mənimsəmiş olduqları bilikləri tətbiq edərək və yaradıcı yanaşaraq daha da möhkəmləndirir.

Published

2024-01-21

How to Cite

Günel Mirzə qızı İsmayılzadə. (2024). QILMAN İLKİNİN “İNTİQAM” HEKAYƏSİNİN FƏAL DƏRSİN MƏRHƏLƏLƏRİ ÜZRƏ TƏDRİSİ. Academics and Science Reviews Materials, (5). Retrieved from https://ojs.publisher.agency/index.php/ASCRM/article/view/2846