ƏDƏBİYYAT DƏRSLƏRİNDƏ YENİ TƏLİM TEXNOLOGİYALARININ TƏTBİQİNİN MAHİYYƏTİ
Keywords:
təlim, texnologiya, interaktiv, müasir yanaşma, inteqrasiyaAbstract
Daim inkişaf edən, təkmilləşən dünyada təhsil sistemi də dəyişərək insanlarda əxlaqi və intellektual inkişaf, informasiya ilə işləmək bacarığının, yaradıcı və tənqidi təfəkkürün formalaşdırılması məqsədini qarşıya qoyur. Bu sistemin əsas üstünlükləri təhsilalanın onu hazır şəkildə müəllimdən deyil, öz fəaliyyəti prosesində əldə etməsindən və beləliklə, məlumatı, problemi biliyə çevirməyə imkanvermə bacarığı qazanmış olmasından ibarətdir. Cəmiyyətin, dövlətin və vətəndaşın dəyişən tələbatları və ehtiyaclarının nəticəsi olaraq tədris sisteminə yeni texnologiyalar daxil oldu.
Ümumtəhsil məktəblərində yeni təlim texnologiyalarının tətbiqinə 1990-cı illərin sonlarında başlanılmışdır. Bolonya təhsil sisteminə keçid, kurikulum islahatı, yeni nəsil dərsliklər müasir texnologiyaları da təlimə gətirdi. Fəal/interaktiv təlimdən istifadə yeni texnologiyaların tətbiqini sürətləndirdi. İlk olaraq, bu sahədə ciddi uğurlar qazanılmasa, təlim prosesində ciddi qüsurlar ortaya çıxsa da, yeni texnologiyaların tətbiqi dairəsi genişlənirdi.
Published
How to Cite
Issue
Section
License

This work is licensed under a Creative Commons Attribution-ShareAlike 4.0 International License.