İDRAK TAKSONOMİYALARININ İBTİDAİ SİNİF ŞAGİRDLƏRİNİN İNKİŞAFINDA ROLU
Abstract
Bu məqalədə idraki sahənin və Blumun taksonomiyasının təhsildə, xüsusilə ibtidai sinif şagirdlərinin inkişafında rolu araşdırılır. İdraki sahə insanın düşünmə, analiz etmə, problem həll etmə və qərar vermə bacarıqlarını əhatə edir. Təhsildə bu bacarıqların inkişafı üçün Benjamin Blumun 1956-cı ildə təqdim etdiyi idrak taksonomiyası mühüm yer tutur. Sonradan Anderson və Krasvol tərəfindən yenilənən bu model, şagirdlərin bilikləri yadda saxlamasından tutmuş onları tətbiq etmə və yaratmağa qədər inkişaf etməsini təsvir edir.
Blum taksonomiyası müəllimlərə dərs prosesini sistemli və məqsədyönlü qurmağa, şagirdlərin yalnız bilik əzbərləməsi deyil, onların tətbiq və analiz etməsinə yönəlməyə imkan yaradır. İbtidai siniflərdə bu modelin tətbiqi tənqidi və yaradıcı düşünmə bacarıqlarının formalaşmasına kömək edir. Nəticədə, müasir təhsil sistemi yalnız informasiyanı ötürməkdən ibarət olmayıb, eyni zamanda şagirdlərin dərin öyrənmə və hərtərəfli idrak inkişafını təmin etməyə istiqamətlənmişdir
Published
How to Cite
Issue
Section
License

This work is licensed under a Creative Commons Attribution-ShareAlike 4.0 International License.