“HİLTON” OTELİNDƏ FRANÇAYZİNQ MÜNASİBƏTLƏRİNİN İNKİŞAF İSTİQAMƏTLƏRİ

Authors

  • Murad Şeydayev

Keywords:

Hilton oteli, françayzinq fəaliyyəti, təkmilləşdirilmə, tədqiqatlar

Abstract

Azərbaycanda Hilton otelinin françayzinq fəaliyyətinin təkmilləşdirilməsi, həm brendin qlobal standartlarının saxlanılmasını, həm də yerli bazarın spesifik tələblərinə uyğunlaşmanı təmin etmək məqsədini daşıyır. Françayzinq modeli vasitəsilə Hilton, yerli tərəfdaşları ilə əməkdaşlıq edərək xidmət keyfiyyətini artırmağa və daha geniş müştəri bazasına çatmağa çalışır. Bu fəaliyyətin təkmilləşdirilməsi üçün bir sıra əsas istiqamətlər mövcuddur.

Hilton otelində yerli tərəfdaşlara qlobal standartlara uyğun işləmək üçün daha güclü dəstək verilməlidir. Bunun üçün françayzilər üçün menecment, satış, marketinq və müştəri xidməti sahələrində mütəmadi təlimlər təşkil olunmalıdır. Bu, onların brend standartlarını daha yaxşı mənimsəməsinə və tətbiq etməsinə kömək edəcək. Eyni zamanda, Hilton mərkəzi ofisi tərəfindən yerli françayzilərə davamlı məsləhət xidməti təqdim edilməli və onların fəaliyyətləri mütəmadi olaraq qiymətləndirilməlidir.

Published

2025-03-17

How to Cite

Murad Şeydayev. (2025). “HİLTON” OTELİNDƏ FRANÇAYZİNQ MÜNASİBƏTLƏRİNİN İNKİŞAF İSTİQAMƏTLƏRİ. Academics and Science Reviews Materials, (9). Retrieved from https://ojs.publisher.agency/index.php/ASCRM/article/view/5503